Kalsium dərmanları qəbul etmək sümükləri bərkitmir, boşuna pul itkisidir – Tanınmış həkim –revmatoloqdan ŞOK

Sümüklərin bərkiməsi üçün satışda yüzlərlə kalsium və vitamin preparatları var. Çox vaxt analar elə özləri seçim edərək uşaqları üçün kalsium preparatı alır. Təəssüf ki, həkimlər də bahalı vitamin əlavələrini yazmaqla məşğuldur.
Bioloji təbabət klinikasının həkim revmatoloru Əli Əlizadə Medicina.az-ın insan kalsium preparatlarından nə kimi fayda görə bilər sualına belə cavab verdi:

"Kalsium preparatlarının sümük oynaq sisteminə heç bir faydası yoxdur. O kalsium bağırsaqlarımızla xaric olub gedir, uzağı böyrəklərimizə çöküntü verir, damarlarda toplanır. Preparatdakı kalsium hər yerdə toplana bilər, təksə sümükdən başqa.
Ona görə bu preparatların sümüklərə faydası da mifdir. Kalsiumu biz təbii olaraq, yeməklə almalıyıq. Əgər sümükdə ərimə baş verirsə, yanaşı bifosfonat qəbul etmək lazımdır, o da həkim məsləhəti ilə. Rentgendə osteoporoz diaqnozu qoyulmur. Bütün dünyada osteoparozun bir diaqnostika üsulu var- destimetriya. Klimakterik dövrdə bu aparatda qadın bir dəfə yoxlanılır.
Yumurta qabığını üyüdüb yemək, sümüklü yeməklər yeməklə sümükləri bərkiyi fikri absurddur. Yemək, içməyin sümüklərə heç bir zərəri, ya faydası yoxdur. Spirtli içkilər, qazlı sular – sümüklərin əsas düşmənidir. Nə istəyirsiz, yeyin, artıq çəki almamaq şərtilə. Bir də qadınlarımız çalışsınlar, paxlalı məhsullar çox yesinlər”.
Digər xəbərlər
-
“Rusiyaya gedən kişilər ölkəyə sifilis, SPİD gətirir” - PediatrDaha ətraflı »
-
“Səhər qatil, axşam isə xilaskar...” – Dünyaca məşhur cərrah səhvlərini etiraf edirDaha ətraflı »
-
İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin – Almaniyada çalışan azərbaycanlı həkim Hell barədə yazdıDaha ətraflı »
-
“Tibb Universitetinə xarici tələbələrin axını başlayıb” - Rektor Gəray GəraybəyliDaha ətraflı »
-
“Bənövşəyi körpələr: Əlimi buraxmayın...” - Həkim yazısıDaha ətraflı »
-
Azərbaycanlı pediatr 30-dan çox ölkənin qatıldığı konfransdan yazır - Gənclik Klinikası problemiDaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.