"Kağız paketlərdən istifadə edin" - Nazirlikdən ÇAĞIRIŞ

  • 2018.06.08 15:50
  • 8571 Baxış
"Kağız paketlərdən istifadə edin" - Nazirlikdən  ÇAĞIRIŞ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır.


Medicina.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir.


İradə xanım bildirib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə gedən zaman polietilen torbaları və paketləri təbiətə atırlar:


"Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə çağırır".

 

Qeyd edək ki, artıq bir çox ölkələrdə kağız paketlərdən istifadəyə keçid edilib.