BölmələrRU
Xidmətlər
 

K vitamini çatışmazlığı onkoloji xəstəlikləri artırır - Bu vitaminin defisitini yoxladın, tədbirli olun


Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindirş. O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər: 

-Qidada çatışmamazlıq
-Bağırsaqda sovrulmasının pozulması
-Qaracyər xəstəlikləri

Medicina.az Həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:

İlk növbədə vitaminin azalmasına səbəb olan faktorları sadalayaq. Kimlər risk altındadır:

-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə
-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda
-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin

-Hepatit, sirroz
-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.
-Zərərli və zəif qidalanma

Vitamin K-nın orqanizmdə rolu:

-Qanın sovrulmasını təmin edir
-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması
-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır
-Sümük və daxili orqanların toxumasını təşkil edir

-Qan damarlarının funksiyası
-Mədə-bağırsağın peristaltikası
-Kalsiumun mənimsənilməsi
-Reproduktiv orqanlar üçün

-İnsanı onkoloji xəstəliklərdən qoruyur
-Orqanizmi qocalıqdan qoruyur


Əsas simptomlar:

-Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur
- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur
-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər

Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır. 



Müalicəsi:

-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir
-Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır


Evdə vitamin K dozasını normaya salmaq üçün bunları edin:

Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için
Yaşıl çayda sutkalıq K vitamini var.

İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz. 
Baş soğan – təzəsini yeyin

Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.
K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.