İstiyə dözümü olmayanlar üçün – Təzyiq, ürək-damar və diabet xəstələrinin diqqətinə

  • 2018.07.02 16:13
  • 28477 Baxış
İstiyə dözümü olmayanlar üçün –   Təzyiq, ürək-damar və diabet xəstələrinin diqqətinə
Anormal istilər və sabahkı günə gözlənilən rekord temperatur istini pis keçirən, risk altında olan insanlarımıza daha diqqətli olmağı tələb edir. 

Bu məsləhətlər yaş fərqi olmadan 35 yaşdan 70 yaşa kimi hamıya vacibdir. Xüsusən şəkərli diabet, təzyiq, ürək-damar, venoz damar problemləri, göz xəstəlikləri olanlar üçün istinin nə kimi fəsadlar yarada biləcəyini araşdırdıq.


1.Nə vaxt anlamaq olur ki, gün və istidən orqnaizmdə mənfi dəyişikliklər baş verir və təcili yardıma müraciət olunmalıdır?


Ümumiyyətlə, ürək əməliyyatı keçirmiş, ürək çatışmazlığı olanlar, işemik insult keçirmiş xəstələr, təzyiqi yüksək olan insanlar hallarının xarab olmasını gözləmədən anormal isti hava elanı eşidən kimi dərhal müalicə həkimi ilə görüşməli, ən azı məsləhətləşməlidir. O, həmin gün ərzində təzyiq ölçmə müqayisəsi aparmalı, dərman dozası dəyişməli, hətta ola bilsin əlavə preparat təyin oluna bilər. Yay aylarında hər ay üçün elektrokardioqramma çəkilməlidir. 


Yayda çox tərləmə ilə xəstələrin orqanizmindən duz, kaliy və maqniy daha çox ifraz olunur. Kalium azalması ritm dəyişikliklərinə səbəb olur. 

Damar keçirməməzləliyi, şəkər xəstələri və ürək xəstələri qanın analizini verməli və trombyaranma riski araşdırılmalıdır. Belə istilərdə damarlar çox sıxılıb genişləndiyindən tromblaşma və tutulma, damar partlama ehtimalı yüksəkdir. Əgər analizlər verilərsə, qan durulaşdırıcı və damarlar üçün preparatlar təyin olunur.



2.Bədənin maye itkisinin qarşısını necə almalı?


Xüsusən yaşlı adamlar və uşaqlar üçün çox təhlükəli məqamdır.  Yüksək temperaturda orqanizmin su-elektrolit balansı pozulur. Adi halda sutkalıq 1 litr maye qəbulu tələb olunursa, çox isti havada bu 2-3 litrə çatır. Amma bu adi suya aiddir. Üstəlik tərlə duz da ifraz olunduğundan orqanizmdə duza da tələbat yaranır. Ona görə mineral su içməlisiz. Mütəxəssislər, soyuq, buzlu su içməyi məsləhət görmür. O suyu içdikdən sonra, tərlə çıxır və özü ilə mineral, duzları yuyub aparır.


3.Bayılma təhlükəlidir, yoxsa?


Əgər gənc insan bayılırsa və bu təzyiqin aşağı düşməsindən baş verirsə, onu kənara çəkib, ayaqlarını yuxarı qaldırmaq, su vurmaq və şirin nəsə içirtməklə özünə qısa müddətdə gətirmək asandır. Amma istənilən halda təcili yardım çağrılmalıdır. 

Əgər yaşlı insan, üstəlik ürək-damar xəstəsidirsə, o zaman ayaqlarını yuxarıl qaldırmayın. Yüksək təzyiq səbəbindən işemik insult, infarkt ola bilər. Bu halda xəstəni sərin kölgə yerə çəkib, üzərinə su vurmaq, sakitliyini təmin etmək, başını yuxarı qaldırmaq və hava almasını təmin etmək lazımdır. 

 


4.İş görmək olarmı?


Orta yaşlı insanlara isti günlərdə idman, yürüş, fiziki məşğuliyyət, iş görmək olmaz. Xüsusən qadınlar günorta qaz kənarında dayanıb yemək bişirməsinlər.

Yaxşı olar ki, kondinsioner və ya ventilyator olan otaqda günortalar yatsınlar. Bütün işlər səhər 11-ə kimi və axşam gün batandan sonra olmalıdır


5.Super metod – yapon şərfi


Bu üsula yaponlar " mini kondinsioner” də deyir. Yaponlar isti olan kimi ağ yaylığı soyuq suda isladıb boyunlarına sarıyırlar. Istənilən təmiz pambıq parçanı isladıb boynunuza sarıyın. Quruyan kimi yenidən isladın. Fərqi dərhal hiss edəcəksiz.