İsti yay səhhətimizi necə dəyişir – Yay fəslinin orqanizmə əks təsirləri

  • 2018.06.04 16:19
  • 19850 Baxış
İsti yay səhhətimizi necə dəyişir –  Yay fəslinin orqanizmə əks təsirləri
İsti, günəşli yay fəslini gözləyən, sevən, sevinən insanlar çoxdur. Biz daha çox qışda, soyuqda xəstələnib zəiflədiyimizi düşünürük. Amma elə insanlar var ki, isti yay onların səhhətinə mənfi təsir edir. Ümumiyyətlə, isti havanın orqanizmə öz əks-təsiri var. 


Medicina.az yayda orqanizmdə nə kimi dəyişikliklər baş verə biləcəyini araşdırıb.

 


-Xroniki xəstəliklər kəskinləşə bilir


Ürək-damar, ağciyər, endokrin, nevroloji sisteçin xəstəlikləri kəskinləşir, maddələr mübadiləsi pozulur.  Yüksək hərarət bu insanlar üçün fatal sonluq ola bilər. 2003-cü ildə İtaliyada ekstremal istilər zamanı 65-75 yaş arası insanlar arasında ölüm halları 25% artmışdı. 

Xüsusən yayın başlanğıcında orqanizm istilərə adaptasiya olmağa başlayanda fəsadlar qabarır. Yayın sonuna yaxın isə bütün yay boyu kəskinləşən simptomlar müalicə olunmadıqda, ölüm faizini artırır.  Statistikaya görə, hətta yaydan sonra belə yayın fəsadlarına uğramış insanların payızda ağırlaşması və həyatını itirməsi riski qalır.


-İnsan arıqlayır, piy ehtiyatını itirir


Heç bir pəhriz və həyat tərzi dəyişmədən, günəş işığı və istidən çirkad ritmlər dəyişir, hormonlar və bioloji proseslər ayrı ritmlə işləməyə başlayır. Bu da bədən çəkisinə təsir edir. İnsan gün ərzində nə qədər çox gün işığı alıb, istidə olursa, bir o qədər çəki itirir. Piy hüceyrələri getdikcə azalır, zəifləyir. Çimərlikdə çox olan insan dəri altındakı piy toxumasını qısa müddətdə əridib buxarlandıraraq itirir. Cavan insanda bu elə də fəsad vermir. Amma xəstə, ahıl, yaşlı insanlarda piy təbəqəsində azalma bir çox problemlərə gətirib çıxarır.


-Allergiya artır


Bütün yay allergiklər üçün cəhənnəm əzabıdır. May ayından başlayan allergiya iyun-iyulda paxlalıların tozlanması ilə artır, avqustda isə otların tozu ilə kəskinləşir. Xüsusən bağ, dağ, orman gəzintisində belə insanlar əziyyət çəkir. Allergik insan yalnız şəhərdə özünü normal hiss edə bilər.

 

 


-Yayda soyuqdəymə və iltihab daha çox olur


Entereviruslar daha çox mədə-bağırsaq, həzm traktını pozur. Çox vaxt da qışdakı kimi qızdırma, burun axması, titrətmə, burun-boğaz tutulması simptomları da verir. Amma yayda bunlara diareya, qarın işləməsi, ürəkbulanma, qusma da qoşulur. Bu xəstəlik uşaq-böyük fərqləndirmir. Entevirusla olan xəstəlik öz-özünə 1 həftəyə keçir. Sadəcə çoxlu maye qəbul etmək lazımdır.


-Çimərlikdə qaralma dəri xərçəngi riskini artırır

Melanoma və xalların bədxassəliyə çevrilməsi prosesi çox vaxt başlanğıcını yaydan götürür. Hələ də insanlar hansı xalların, hansı dərinin, ləkənin gündən necə qorunmasını bilmir.


Yayın orqanizmə bir faydası da libidonun artmasıdır. Intim hisslər çoxalır, cinsiyyət hormonları aktivləşir, həm kişi, həm qadınlarda seksual hormonlar artır. Qadın cinsiyyət hormonu estrogenin pik həddi iyunda olur. 

 

Yay fiziki aktivlik fəslidir. Açıq havada çox gəzmək çox insanlara müsbət təsir edir. 





İsti yay səhhətimizi necə dəyişir –  Yay fəslinin orqanizmə əks təsirləri