İspanaq: “Mədənin süpürgəsi” - Faydasını saymaqla bitmir

  • 2018.11.18 20:05
  • 22410 Baxış
İspanaq: “Mədənin süpürgəsi” -  Faydasını saymaqla bitmir
Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı” və "mədənin süpürgəsi” adlandırıb.

Medicina.az xəbər verir ki, dəmirlə zəngin olan bu bitkinin tərkibində A və C vitaminləri var.



Bu bitki soyuqdəymənin qarşısını alır və dişlərin çürüməsini əngəlləyir. 


O, eyni zamanda prostat vəzi xərçənginə qarşı güclü vasitədir.

 


Həmçinin qan azlığından əziyyət çəkənlərə ispanaq yemək məsləhət görülür. 


Ürək xəstəliklərindən qoruyur. Sərbəst radikalları bədəndən uzaqlaşdıraraq yaşlanmağı gecikdirir.