İran Azərbaycanda xəstəxana işlədəcək - Nazirdən AÇIQLAMA

  • 2018.03.13 15:10
  • 11987 Baxış
İran Azərbaycanda xəstəxana işlədəcək - Nazirdən  AÇIQLAMA
"İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək".


Medicina.az apa-a istinadən xəbər verir ki, bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.


"Azərbaycan və İran arasında səhiyyə sahəsində  əməkdaşlığımız uğurla davam edir. Azərbaycan Bakı şəhərində özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu baş tutacaq", - deyə Ş. Mustafayev vurğulayıb.