BölmələrRU
Xidmətlər
 

İnsultdan sonra gəzə bilməyən xəstəni sağaltdı - VİDEO

Günümüzün bəlalarından biri - insultdur
 

Əvvəllər yaşlı əhali arasında daha çox rast gəlinən, bu gün isə çox cavanlaşan insult əlillik və ölümün əsas səbəblərindən biri olaraq qalır.

İnsult – beyin qan dövranının kəskin pozulmasıdır, 2 növü var:

İşemik (80 – 85 % təşkil edir)
Hemorragik ( 15 – 20 % təşkil edir)

Neyrocərrahların fikrincə, insult keçirən adam 3 saat müddətində xəstəxanaya çatdırılıb, düzgün müalicə olunarsa xəstəliyin fəsadları aradan qaldırıla bilər. 
İnsultun risk faktorları:

➡️ Arterial hipertoniya
➡️ Ateroskleroz
➡️ Şəkərli diabet
➡️ Aritmiya (səyirici aritmiya)
➡️ ÜİX
➡️ Azhərəkətli həyat tərzi
➡️ Yanlış qidalanma
➡️ Piylənmə
➡️ İrsi – genetik meyillik
➡️ Zərərli vərdişlər və s.

Beynin zədələnmiş sahələrinə uygun olaraq müxtəlif əlamətlər üzə çıxa bilər:
➡️ Nitq pozulması
➡️ Görmə pozulması
➡️ Yuxarı və aşağı ətrafların əzələ zəifliyi: iflic və s.
➡️ Yerişin və tarazlığı saxlamaq qabiliyyətinin pozulması
➡️ Güclü baş ağrıları
➡️ Başgicəllənmə, ürəkbulanma, öyümə, qusma və s.

İnsult əlilliyə və ölümə səbəb olan xəstəliklərdəndir.

Bioloji təbabətlə insultun qalıq əlamətlərini bu və ya digər dərəcədə uğurla aradan qaldırmaq mümkündür.
Profilaktika mütləqdir.

Məmmədova Aygün (nevropatoloq)
 

_______________________________

Bizimlə əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Instagram: bioloji.tebabet