Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsult zamanı xəstənin bütün barmaqlarını deşin – İynəterapistdən MƏSLƏHƏT

  • 2019.04.09 17:13
  • 11136 Baxış
İnsult zamanı xəstənin bütün barmaqlarını deşin –  İynəterapistdən MƏSLƏHƏT
 


Çin və Koreya mənbələrində insult olan insana təcili yardım kimi barmaqlarına iynə batırmaq metodikasına rast gəlinir.

 

Azərbaycanda bu metoda həkimlər ciddi yanaşmasa da, iynətarepiya üzrə mütəxəssis Rəna Məmmədova öz təcrübəsində məhz bu üsulla xəstəni xilas etdiyini bildirir.


Həkim Medicina.az-a açıqlamasında insult zamanı barmaqları deşməyin təsirini izah edib: "Əgər insult başlayan anda dərhal ətrafdakılar, ya xəstə özü bütün əl barmaqlarının ucunu iynə ilə deşib qan çıxarsa, o insan iflic olmur, yəni insultun nəticəsi olaraq ağzı, əli parezləşmir. Öz təcrübəmdə belə bir hadisə olub. Xəstə yanımda işemik insult keçirirdi. Təcili yardım gələnə kimi qulaq və barmaq uclarını şpris iynəsi ilə deşdim. Eləcə də qulaqları yuxarı doğru dartırıq. Biz bu üsulla beyinə qıcıq göndərib, onu sanki toparlayırıq.  


Həmin xəstə xilas edildi. Amma təbii ki, sonradan müayinə olundu. Kompüter tomoqrafiyası göstərdi ki, insulta doğru proses başlayıb, hər an ola bilər. Və xəstə nevroloq müalicəsi aldı. Hesab edirəm ki, kəskin dövrdə xəstəni xilas etmək üçün bu metodu sınamaq mütləqdir”.