- Hakimiyyəti dövründə minlərlə insan ölüb, milyonlar didərgin düşübİnsanları xilas etməyə and içmişdi, amma...

  • 2019.01.21 12:11
  • 10826 Baxış
 - Hakimiyyəti dövründə minlərlə insan ölüb, milyonlar didərgin düşüb İnsanları xilas etməyə and içmişdi, amma...

Bəzən elə olur ki, insan hər hansı bir ixtisası seçərək təhsil alır, ancaq yetkin bir insan kimi formalaşdıqdan sonra fikirləri və maraq dairəsi dəyişərək fəaliyyətini başqa istiqamətdə  həyata keçirir. 


Tanınmış insanlar, siyasi fiqurlar və məşhurlar arasında da belələri az deyil. 


Belə şəxslərdən biri də illərdir, dünyada müzakirə olunan, haqqında birmənalı fikirlər olmayan Suriya prezidenti Bəşər Əsəddir. 


İxtisasca həkim olsa da, sonradan bu peşədən əl çəkərək siyasət meydanına atılan Bəşər Əsəd kimdir? 

 

Medicina.az Bəşər Əsədlə bağlı bəzi maraqlı məqamları təqdim edir:

 

İnsanları xilas etmək üçün Hippokrat andı içmişdi...

 

Картинки по запросу bashar assad


Onun hakimiyyəti dövründə Suriyada daş daş üstündə, bir insan belə öz yurdunda qalmayıb desək, yanılmarıq. Bəşər Əsəd dövründə ölkədə vətəndaş müharibəsi tüğyan edir, bütün ölkə boyu gedən qiyamlar və ölkədaxili çaxnaşmalar nəticəsində Suriya böyük bir xarabalığa çevrilərək cəhənnəmi xatırladır. 

2000-ci ildən Suriya dövlətinin prezidenti olan Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Tam adı Bəşər Hafiz Əsəd olan bu məşhur siyasətçi eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Bəəs Partiyasının da lideridir. O, 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini qırmızı diplomla bitirərək həkim-oftolmoloq ixtisasına yiyələnib.

 

Oftalmoloq necə siyasətçi oldu?

 

Show_photo120524135958


Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir. Bəşər Əsəd orta təhsilini Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində alıb. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedib və burada Qərb Göz Hospitalında təcrübə keçib. Lakin həkim olmaq Bəşər Əsəd üçün sadəcə arzu olaraq qalıb. Çünki 1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra Əsəd Suriyaya çağırılır. Suriyaya qayıdan Əsəd elə həmin il (1994) Hama Hərbi Akademiyasına qəbul edilir. 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə isə hakim Baas partiyasının sədri vəzifəsinə seçilir.

 

Картинки по запросу bashar assad


2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq, Əbdülhəlim Xəddam icra edir. Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir. 2006-cı il iyun ayının 11-də isə o Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini də icra etməyə başlayır. Bələliklə həkim olmağı arzulayan və planlaşdıran Bəşər Əsəd siyasət meydanına atılır. 


Prezident seçilənədək Suriya ictimaiyyətindəki rolu Suriya Kompüter Cəmiyyətinin sədri olması və 2001-ci ildə ölkəyə interneti gətirməsi ilə məhdudlaşır.


2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə ailə həyatı qurub. Cütlüyün 3 övladı var.

 

Картинки по запросу bashar assad


Bəşər Əsədin bir gözü niyə qıyılıb? 

 

2017-ci il 28 yanvar tarixində mətbuatda Suriya prezidenti Bəşər Əsədin  Dəməşq şəhərində yerləşən "Aş-Şami” xəstəxanasına yatırıldığına dair xəbərlər yayılıb. Al Arabiya telekanalı prezidentin qida zəhərlənməsinə məruz qaldığını bildirsə də, "Al-Mütaqbal” qəzeti Suriya liderinin serebral insult keçirdiyini yayımlayıb. Onların bildirdiklərinə görə, Əsəd kritik vəziyyətdə olub. Britaniya dərgisi olan Independent xəbər verib ki, Bəşər Əsədin sinir iflici keçirməsi səbəbindən sol gözünün qapağı bağlanıb və sərbəst olaraq açılmır. Xəbərdə bildirilir ki, Əsədi müalicə etmək üçün rusiyalı həkimlər çağırılıblar. Amma Suriya prezident administrasiyası bu məlumatı təkzib edib. 

 

Картинки по запросу bashar assad hospital


Onu da qeyd edək ki, 2018-ci ildə Əsma Əsədin süd vəzində xərçəng xəstəliyi aşkarlanıb. O təcili olaraq Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən hərbi hospitallardan birinə yatırılıb.   

 

Картинки по запросу bashar assad hospital


Həkimlərin sözlərini görə, bədxassəli şiş erkən mərhələdə üzə çıxarılıb və xəstəyə vaxtında tibbi müdaxilə edilib. Həmçinin də Suriya dövlətinin rəsmi tvitter səhifəsində də Bəşər Əsədin xanımı ilə olan fotosu yayımlanaraq onun imzası ilə aşağıdakılar qeyd edilib: "Əsma Əsəd xanım vaxtında aşkarlanan bədxassəli şişin aradan qaldırılması üçün müalicə kursuna başlayıb. Prezidentin adminstrasiya komandası Əsmaya tezliklə sağalmağı arzu edir”.

 

Похожее изображение


Məlumat üçün bildirək ki, 15 mart 2011-ci ildən etibarən bəzi qərb ölkələri və regionun ərəb ölkələrinin dəstəyi ilə bir qrup terrorçu  Suriya ərazini işğal edib. Bu dağıdıcı müharibələrdə rəsmi rəqəmlərə görə, 353 min 935 mindən çox insan ölüb. Onlardan 19 min 811-i uşaqlardır. Təkcə 2017-ci ildə Suriyada törədilən qətliamlarda çoxu qadın və uşaqlardan ibarət olan 4 mindən çox insan öldürülüb.


14 milyona yaxın insan isə ölkəsindən didərgin düşüb. Yüzlərlə suriyalı isə ölkədən qaçarkən gəmi qəzaları zamanı ölüb, itkin düşüb.


Arzu

Medicina.az
 - Hakimiyyəti dövründə minlərlə insan ölüb, milyonlar didərgin düşüb İnsanları xilas etməyə and içmişdi, amma...