BölmələrRU
Xidmətlər
 

İnsanlar farmakologiya imperiyası və vaksinlər barədə gizlinləri bilməlidir – tibbi filmi qadağan olunan Robert de Niro

Dünyaca məşhur rejissor və aktyor, superulduz Robert de Niro səhiyyə aləmində böyük səs –küy yaradan və Amerikada farmaindustriyanı narahat edən sənədli bir film çəkib. Filmin premyerası baş tutsa da, sonradan onun festivalda nümayişinə qadağan qoyulub. Aktyor bu münasibətdən narahat olsa da, mövqeyindən geri çəkilmir. Hesab edir ki, bu film insanların bilməli olduğu çox faktları üzə çıxarır.  Söhbət uşaqlara və insanlara edilən çoxsaylı  vaksinlərdən, peyvəndlərdən gedir. 

Xatırladaq ki, aktyorun 18 yaşlı oğlu Autizm xəstəliyindən əziyyət çəkir və o bir ata olaraq övladının niyə bu xəstəliyə yoluxmasının səbəblərini və müalicə yollarını araşdırıb.

Nəhayət, ortaya çox maraqlı iş çıxıb. Sənədli fimdə vaksinasiyadan tam imtina, buna qarşı əks mövqe göstərilmir. Filmdə həkimlər, alimlər, farmakoloji mütəxəssislər dünyada baksinasiya üzrə gedən laboratoloji araşdırmalardan, elmi işlərdən söhbət açır və  bu araşdırmaların nəticəsi olaraq bəzən yanlış təsir edən vaksinlərdən bəhs olunur. 

Robert De Niro məşhur insan kimi yox, sadə bir ata kimi övladı üçün hər şey etməyə hazır olan ata və vətəndaş kimi uşaqlar üçün peyvəndlərin az və zərərsiz olmasını istəyir. 
 


"Bəli, bu layihəyə  görə mənə bəzi təzyiqlər oldu. Bu neqativ münasibətlə mən sonra məşğul olacam. Nə qədər susmaq olar. Niyə kiminsə ağzını  yumaq?  Mən həqiqəti bilmək istəyirəm. İmkan yaradaq, alimlər, həkimlər, araşdırmaçılar fikirlərini bildirsinlər. Görək, bizə nə demək istəyirlər? Jurnalistlər də bu məsələni araşdırsınlar. Niyə etmirsiz? Yoxsa problemin olmadığını düşünürsüz?
 
Çox valideynlər deyir ki, onların övladlarında məhz peyvənddən dərhal sonra bir sıra dəyişikliklər olduğunu bildirir. Həmçinin mən. Kim nə deyirsə desin, mən deyirəm, autism və bir sıra fiziki, zehni, əqli inkişafın pozulması ilə peyvəndlər arasında əlaqə var. İnsanları, uşaqları necə oldu, kim gəldi ucdantutma peyvənd etmək olmaz.  Dərman şirkətləri bu işdən milyardlarla gəlir götürür, amma risk altında olan insanlar var. Gəlin, həqiqətin kökünə kimi gedək. Mən zərərsiz vaksinlər istəyirəm və bunu tələb edirəm”. 

Sizə " Vaksindən” sənədli filmini təqdim edirik. Sadəcə izləyin,  seçim və qərar sizin.