BölmələrRU
Xidmətlər
 

İnsanın qatili öz boynudur - Təzyiq xəstələrini dərmansız sağaldan metod


Dünyada insan ölümünə səbəb olan ürək-beyin qan –damar pozğunluqları, yüksək təzyiq, ostexondroz bəşəriyyət üçün onkologiyadan da təhlükəlidir.
 
Boyun, bel onurğa və damarları ilə bağlı 1 saylı Qatil Atlantdır. Atlant boyun fəqərələrinin birincisidir. Bədənlə başı birləşdirən və daha çox hərəkət edən hissədir. 

Medicina.az insan boynunun onu necə öldürdüyünü araşdırıb.  Yaş keçdikcə onurğa sütununun boyun hissəsinin fəqərələri yerini dəyişir, sıxılır və bu da boyundan başa gedən qan damarlarını sıxır, bütün beynin qidalanması pozulur.

 Lazımi qədər oksigen almayan beyin ürəyə əmr verərək, onun gücünü artırır və ürək yığılmalarının sayı çoxalır. 

Əgər ürək güclü deyilsə, yaşlı adamda yaxşı işləmirsə, o zaman beyin aşağıya – venoz damarlar və kapilyarlara əmr verir. Onlar var gücü ilə sıxılır. Ona görə təzyiqi olan insanların ayaqları həmişə soyuq olur. 

Əgər kapilyarlar da sözə baxmırsa, beyin böyrəklərə hücuma keçir: onlara suyu süzməyə imkan vermir ki, sistemdə təzyiqi saxlaya bilsin. 

Elə ki, beynin oksigen aclığı artır, qanın biokimyəvi analizi dəyişir, qanda qlükoza artır. 

Bütün rezervlər bitəndə isə insult və infarkt baş verir. 

Amma əgər vaxtında arteriya və venalara düşən yükü azaltsaz, təzyiq preparatlarsız da düzələcək. 

Damarlardakı tıxanmanı yaradan səbəb:

Ostexondroz – illərlə stress və boyuna düşən travmatoloji faktorlarla bağlıdır. Istənilən sinir, əsəb silkələnməsi boyun əzələ və damarlarını gərginləşdirir, insan getdikcə başını daha çox çiyninə sıxır ki, müdafiə olunsun. Bu reaksiya insanda qədimdən var, instiktivdir. Axı vəhşi heyvan qurbanını boyundan tutur. Boyundan başlayan spazmlar döş qəfəsini də əhatə edir. Döş qəfəsindəki toxumaların və orqanların qanla qidalanması pozulur. Fəqərələrarası disklər, bağlar zəifləyir, fəqərələr stabilliyini itirir, yer dəyişir və damarları sıxır. 
 


Daha çox birinci  boyun fəqərəsi ATLANT günahkardır

Çünki onun üzərinə daha çox zərbə düşür. 70% hipertoniklər etiraf edir ki, yuxudan oyananda özlərini pis hiss edir, səhərəyaxın təzyiq artır, amma elə ki durub gəzirlər, boyun hərəkəti edirlər, yüngülləşirlər. 

İnsan başını yastığa qoyub yatanda Atlant sıxılır. Amma vəziyyət ağır olanda, heç gəzmək və boyun hərəkətləri də kömək etmir, nəticədə hipertonik kriz və insult baş verir. 

Onurğa sütunu ilə işləmək və ostexondrozu müalicə etmək çox incə, qəliz məsələdir. Həkimlər ostexondrozu müalicə etməyə həvəsli deyillər. 
Bu işdə yanlış hərəkət, masaj insanı şikəst edə bilər. 

Biz sizə rusiyalı mütəxəssis tərəfindən uzun illərin müşahidəsi və təcrübəsi əsasında hazırlanmış yumşaq, effektiv metodu təqdim edirik. Bu metod yavaş-yavaş, uzun müddətə olsa da kilidlənmiş yerə çatır, blokları açır, sıxılmış sinir və damarları açır, ağrını götürür. 

Hətta boynunda ağır yırtıqları olanlar da sağalmağa başlayır. Təzyiq xəstələrinin təzyiqi dərmansız normallaşır. 

Beyninizə qan dövranını yaxşılaşdırın, ürəyinizi artıq yüksən azad edin. Hipertoniya adlı xəstəlik yoxdur, dərmanlar çıxış yolu deyil. İldə 5 milyon insan insult və infarktdan həyatını itirir. Onları öldürən beyin və ürəkləri deyil. Onları öldürən öz boyunları idi.