İnsan yaddaşını gücləndirəcək qidalar

  • 2018.05.24 10:55
  • 18977 Baxış
İnsan yaddaşını gücləndirəcək qidalar
Hər gün yediyiniz bəzi qidalar yaddaşınıza da müsbət təsir göstərir. 

 

Bəs sözügedən həmin yeyəcəklər hansılardır?

 

Medicina.az yaddaşınızı gücləndirəcək və hər evdə olan faydalı qidaların adlarını təqdim edir:

 


Sarıkök - yüksəlmiş enerji səviyyəsi, sakitçilik və stress səviyəsinə təsir edir. Sarıkökü təzə-tər istifadə etmək lazımdır. Sarıkökü qara istiot ilə qarışdırıb qəbul etmək qana müsbət təsir edir. 



Nanə - təkcə qoxusu beyin funksiyasına və zehinə müsbət təsir edir. Evinizdə təzə və quru nanə yarpaqları asa bilərsiniz. Bu da sizin daha yaxşı olmağınıza kömək edəcək.



Lobya - yaz-yay mövsümünün ən sevimli qidalarındandır. Kifayət qədər lobya qəbul etmək yaşlandıqca ortaya çıxan əqli geriləmənin qarşısını alır.