İnsan vücudunda ikinci beyin kəşf edilib

  • 2018.06.04 14:46
  • 9657 Baxış
İnsan vücudunda ikinci beyin kəşf edilib
Insan vücudunda ikinci beyin kəşf edilib.


Medicina.az xəbər verir ki, avstraliyalı alimlər bu barədə araşdırma aparıb.


Araşdırma zamanı bağırsaqlarda sinxron şəkildə işləyən bir beynin mövcud olduğu qənaətinə gəlinib. Avstraliyalı tədqiqat qrupu bağırsaqların beyindən və onurğa iliyindən müstəqil olaraq işlədiyini açıqlayıb. Onların fikrincə, bağırsaqlar yaydığı elektrik dalğası ilə qidaların həzm sistemində fəaliyyətini təmin edir və bütün bunları sinxron şəkildə həyata keçirən isə bədəndəki ikinci beyindir. Alimlər ikinci beynin kəşfi ilə bağırsaqların qarışıq quruluşunu daha yaxşı anladıqlarını bildirib.