İnsan orqanizmində plastik tapıldı - Türk alimlərindən şok araşdırma

  • 2018.11.05 12:17
  • 12458 Baxış
İnsan orqanizmində plastik tapıldı -  Türk alimlərindən şok araşdırma
Bu yaxınlarda baş tutan 26-cı Avropa Qastroentereloji Konqresində türk həkimləri tərəfindən təqdim olunan elmi araşdırmada şok faktlar yer alıb.


Medicina.az xəbər verir ki, araşdırmada ilk dəfə olaraq insanın nəcisində plastikə rast gəlindiyi bildirildir.  


Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 8 könüllü 1 həftə boyunca  yediklərinin siyahısını tutuqdan sonra nəcis nümunəsi veriblər.

 

Könüllülər plastik qablarda yemək və içki istifadə etdiklərini, 8 nəfərdən 6-sı isə balıq yediklərini bildiriblər. Nəcis üzərində aparılan analizlərlərdə test edilən 10 plastik növündən 9-nun aşkarlandığı bildirilir. Bu plastiklərin ölçüləri 50-500 mikrometr olaraq dəyişib. Həkimlərin bildirdiklərinə görə, çox kiçik ölçüdə olan plastik hissəciklərinin qana, hətta qaraciyərə keçərək fəsada yol açması mümkündür.  


Bu araşdırmaya əsasən demək olar ki, təxminən dünya əhalisinin 50%-nin orqanizmində plastikə rast gəlinə bilər. Bu çalışma qida zəncirində plastik çirklənməsinin əhəmiyyətini üzə çıxaran ilk insan çalışmasıdır. Daha əvvəllər balıqların həzm sistemində plastikə rastlanmışdı. Bunun səbəbi çox güman ki, dənizlərdəki plastik tullantılarının miqdarının gün-gündən artmasıdır. 


Həkimlər mikroplastiklərə bulaq suyunda, okeanlarda, hətta milçəklərdə belə rast gəldiklərini bildiriblər. Quşların bağırsaqlarında aşkarlanan plastik hissəciklərin dəmir mikroelementinin orqanizm tərəfindən sovrulmasını zəiflətdiyi də təsdiqlənib. 


Plastiklərin insan sağlamlığına nə cür təsir etməsi hələ ki, həkimlər tərəfindən tam olaraq araşdırılmayıb. Hələ ki, bu məsələ üzərində ciddi çalışmalar gedir. Plastiklərin gündəlik həyatda istifadəsinin azaldılması istiqamətində aparılan kampaniyalarda isə son illərdə artım müşahidə olunur. 


Kiçik miqyaslı bir çalışma da olsa bunun nəticələri insanların həyatında plastikin nə qədər əhəmiyyətli bir yer tutduğunu göstərir. Bu isə günümüzdə həzm və immun sistemi xəstəliklərinin artması ilə bir əlaqəsinin olduğuna şübhə yaradır. Bu mövzuda aparılacaq digər araşdırmalar bu əlaqəni dəqiq şəkildə ortaya çıxaracaq.


Arzu Mirzəyeva

Medicina.az