İnsan həyatı üçün vacib HORMONLAR - Əksikliyinin zərərləri

  • 2018.06.02 10:16
  • 11641 Baxış
İnsan həyatı üçün vacib  HORMONLAR - Əksikliyinin zərərləri
Hormonlar orqanlara siqnallar ötürərək əhval- ruhiyyəmizi, enerji səviyyəmizi, bədən temperaturunu, həzm prosesini tənzimləyirlər.

 

Bəs insan orqanizmi üçün vacib hormonlar hansılardır?

 

Yağ hüceyrələri hormonal sistemdə vacib rol oynayır. Leptin hormonu orqanzimin enerjisini qorumaq üçün yağdan necə istifadə edəcəyinə qərar verir. Əgər orqanzimdə leptin azdırsa o piylənməyə başlayır. Əlamətləri artıq çəki, çəki itirə bilməmə, yeməyə meyllilikdir.

 

Testosteron qadın və kişilər üçün vacib hormondur. Qadınlarda testosteron azlığı aşağı seksuallıq səviyyəsi, süd vəzisi xərçəngi, ürək xəstəlikləri ilə müşayət olunur. Kişilərdə bu hal ölümə səbəb verə bilir. 

 

Estrogen orqanizmdə E1, E2, E3 formalı estrogenin uyğunluğu hər iki cinsin nümayəndələri üçün həlledici rol oynayır. Estrogen disbalansı yaşayan xəstələrdə ürək xəstəlikləri və xərçəng xəstəliyinə daha çox rast gəlinir.

 


Kortizol əsas stres hormonudur, kortizol disbalansı böyrəküstü vəzilərin yorulmasına gətirib çıxarır.

Bu problem başqa sözlə desək böyrəküstü vəzilərin deyil, beyninizin böyrəküstü vəzilərlə əlaqəsinin disfunksiyasıdır. Böyrəküstü vəzilərin yorğunluğu beynin stres mənbəyidir, xroniki stresi azaltmaqla bu problemin həllində açardır.