Çinlilərin 4000 illik uzunömürlülük sirləri - Bu 10 bitki şəfa mənbəyidir

  • 2018.12.06 13:37
  • 17906 Baxış
Çinlilərin 4000 illik uzunömürlülük sirləri -  Bu 10 bitki şəfa mənbəyidir
Çin xalqı ən uzunömürlü insanlardan sayılır. Onların xalq təbabəti isə bütün dünyada məşhurdur. 


Medicina.az çinlilərin uzunömürlülük sirrinin əsasını təşkil edən 10 şəfalı bitkini ilə bağlı bəzi məlumatlar toplayıb:


Biyan kökü


Çin təbabətində toksin çıxarıcı maddə olaraq istifadə olunan biyan kökü hepatit, astma, depressiya, soyuqdəymə, qrip, mədə yanması və bu kimi problemlərin aradan götürülməsinə kömək edir. 


Öküzboğan


Çin xalq təbabətinin ən vacib bitkilərindən biridir. Bu bitki qaraciyər problemləri, diz ağrıları və iltihabları, bəzi mədə problemləri, beyin və bu kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

 

Çin gəvəni


Ənənəvi Çin təbabətində immun sistemini gücləndirmək və maddələr mübadiləsini sürətləndirmək üçün təxminən 4000 ildir, gəvəndən istifadə edilir. Yaraların sağalması və infeksiyaların qarşısını almaq üçün də gəvən xeyirlidir.


Acılıqotu (Ephedra Sinica)


Bu da Çin təbabətində istifadə olun ən qədim bitkilərdəndir. Ephedra sinica, başka bir adıyla Ma Huang bitkisi astma, soyuqdəymə, yay allergiyası kimi xəstəliklərin müalicəsində effektivdir. 


Çin koptisi


Çində toy gülü kimi tanınan koptis bitkisi çox acıdır. Həzm sistemi problemlərinə qarşı effektivdirdir. Çin təbabətinin 50 əsas bitkisindən biridir. 


Zəncəfil


Zəncəfil həzm problemlərinin müalicəsi, qan dövranının gücləndirilməsi və ürək-damar sistemi üçün əla bitkidir. Aroması və dadı da yaxşıdır. Mədə bulanması, soyuqdəymə və öskürək müalicəsində effektivdir.


Jenşen


Jenşen bitkisi sağlamlıq üçün olduqca faydalıdır. Çin təbabətində də çox məşhurdr. Yüzillərdir ereksiya pozuntuları, hepatit, klimaks və yüksək təzyiq problemlərinin müalicəsində istifadə edilir.


Qoji berry


Səhiyyə və dərman sektorunda özünə yer edə bilən meyvələrdən biri də qoji berridir. Həm müxtəlif xəstəliklərin müalicəsində, həm də yeməklərə dad verən ədviyyat kimi məşhurdur.


Çin mələk otu


Başqa adıyla Angelica sinensis bitkisi əzələ yumşaldan bitki kimi tanınır. Əzələ rahatlatması ilə yanaşı ürək xəstəliklərinin müalicəsində və sonsuzluq problemlərində çox geniş istifadə olunur. Mələk otu boğaz xəstəlikləri və ürək ritm pozuntuları müalicəsində də istifadə edilir. 


Göbələklər


Çin mədəniyyətində göbələklərin xüsusis yeri var. Göbələklər adətən xərçəngin müalicəsində effektiv olur. Bundan başqa yuxu problemləri və qadınlarda cinsi istəksizliyu də aradan qaldırır.


Nigar

Medicina.az