İnfarkt keçirmiş xəstələr üçün xüsusi qida menyusu – 3 növ müalicəvi rasion

  • 2018.11.23 16:03
  • 12671 Baxış
İnfarkt keçirmiş xəstələr üçün xüsusi qida menyusu –  3 növ müalicəvi rasion

Ürək-damar xəstəlikləri olan şəxslərin bağırsaqlarının normal işləməsi və qəbizliyin olmaması son dərəcə vacibdir. Çünki gücənmə iri qan damarlarında qan dövranını ağırlaşdırır, ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur. 


Medicina.az Miokard infarktı xəstələri üçün 10 nömrəli dietanı təqdim edir. 


I rasion


Səhər yeməyi: kəsmik – 50 qr, sürtgəcdən keçirilmiş herkules sıyığı – 100 qr, südlü çay – 150 ml

Saat 11: 00 – alma püresi -100 qr


Günorta nahar: tərəvəzli həlim şorba – 150 qr, ət suflesi – 50 qr, bitki yağında kök püresi – 100 qr, meyve əzməsi – 100 qr

Şam – balıq kotleti, küftəsi – 50 qr, sürtülmüş qarabaşaq sıyığı – 100 qr, limonlu çay


Yatmazdan əvvəl: qara gavalı 100 qram


II rasion


Səhər yeməyi: omlet – 50 qr, meyvə püresi ilə mannı sıyığı – 200 qr, südlü çay – 180 qr

Saat 11. – itburnu çayı, kəsmik


Günorta: ətsiz borş, suda bişmiş ət – 50 qr, kartof püresi – 50 qr, meyvə əzməsi – 50 qr

Axşam yeməyi: balıq -150 qr, kök püresi – 50 qr, limonlu çay

Yatmazdan əvvəl: gavalı və ya kefir


III rasion


Səhər yeməyi: kərə yağı – 20 qr, pendir – 30 qr, qreçka- 100 qr, südlü çay 

Saat 11:00- kəsmik


Günorta: tərəvəzli şorba, bişmiş toyuq, suda bişmiş çuğundur- 100qr, alma -1 ədəd

Şam yeməyi: püre ilə balıq, limonlu çay


Yatmazdan əvvəl: kefir