BölmələrRU
Xidmətlər
 

İndi də saxta yumurta hazırlandı - Video

Son günlər sosial şəbəkələrdə Çində saxta yollarla hazırlanan yumurtaların videosu yayılıb.
 
Medicina.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, həmin yumurta qaynadıldıqdan və ya bişirildikdən sonra isə əsl yumurtadan heç də fərqlənmədiyi aydın görünür. Bu isə kimyəvi tərkibdə hazırlanan yumurtaların insan sağlamlığına vura biləcəyi ziyanı aktuallaşdırır.

Bəs saxta yumurtaların Azərbaycana gətirilməsi mümkündürmü?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təsdiq edir ki, süni yumurta əldə etmək mümkündür.

Onun sözlərinə görə, istənilən süni qida insan sağlamlığı üçün təhlükəlidir: "Amma birmənalı olaraq deyə bilərəm ki, belə qidalar Azərbaycana gətirilmir".
Yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi də məhz bu kimi halların qarşısını almağa imkan verəcək.
Bu isə o deməkdir ki, yeni yaradılan Agentlik ölkədə qida təhlükəsizliyini tam təmin edəcək.