İllik gəliri milyonları keçən TANINMIŞ HƏKİMLƏR - Yaxın 4 ildə ən çox gəlir gətirəcək sahə

  • 2018.06.17 23:59
  • 26019 Baxış
İllik gəliri milyonları keçən  TANINMIŞ HƏKİMLƏR - Yaxın 4 ildə ən çox gəlir gətirəcək sahə
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Medicina.az bu səbəbdən tibb işçiləri və səhiyyə ilə bağlı bəzi maraqlı faktları təqdim edir.

Aparılan araşdırmalara görə, 2022-ci ilə qədər ən çox pul qazandıracaq sənətlər arasında həkimlik və cərrahlıq yer alacaq. Hazırda estetik cərrahiyyəsi də bu sənətin ən çox qazandıran sahələrindən hesab edilir.

Elə bu sənət sayəsində milyonlar qazanmış, dünyada hər kəsin tanıdığı həkimlər var.

Medicina.az onlardan bəzilərini təqdim edir:

DÜNYANIN ƏN VARLI HƏKİMLƏRİ

Beyin cərrahı Sanjay Gupta – Həmçinin CNN kanalında veriliş aparıcısıdır. Televiziya kanallarında tez-tez ekrana çıxan məşhur həkimdir. Əvvəllər Ağ Evdə işləyib. 1997-1998-ci illərdə Hilari Klintonun məsləhətçisi olub. Daha sonra Barak Obama üçün çalışıb. Ondan sonra ümumi cərrah olaraq işə başlayıb. Bir çox həyat xilas edən Gupta 2010-cu ildə baş verən zəlzələ zamanı digər 3 cərrah ilə birlikdə 12 yaşlı qızın həyatını xilas edib.

Qazancı isə 4,5 milyon təşkil edir.

Mehmet Öz – Harvard Tibb fakültəsinin məzunudur. Kolumbiya universitetindəki cərrahlıq bölməsində çalışıb. Uzun müddət ürək xəstəlikləri üzrə işləyərək məşhurlaşıb. Televiziya və radiolarda veriliş apararaq bir çox dinləyiciyə kömək olmağa çalışıb. 6 dəfə Emmy mükafatına layiq görülüb.Qazancı isə 7 milyon dollardır.

Paul Nassif – estetik cərrahdır. Uzmanlığı burun estetik cərrahlığı üzrə bitirib. Amerika estetik plastik  cərrahi dərnəyinin üzvüdür. Qazancı 14 milyon dollardır.

Phil McGrav - əsas televiziya proqramları vasitəsilə tanınsa da Texas universitetinin psixologiya bölməsində həkimlik edib. Daha sonra isə psixoloq olaraq işinə davam edib. Qazancı 280 milyon dollar təşkil edir.

Vu Yiling – 11 il ərzində Çində altenativ tibb sahəsində çalışıb. 1992-ci ildə Yiling Pharmaceutical adlı şirkət qurub. Daha sonra da bitki tərkibli dərmanları satışa çıxarıb. 1,7 milyard dollarlıq sərvətə sahibdir.

Şəhanə Quliyeva