- Özlərindən cinayət etirafı gəldiİllərdir, bizi aldadırmışlar

  • 2018.12.06 14:19
  • 15982 Baxış
 - Özlərindən cinayət etirafı gəldi İllərdir, bizi aldadırmışlar
Məşhur tibb jurnallarında dərc olunan araşdırmaların əksəriyyəti uydurmadır.


Medicina.az xəbər verir ki, belə etirafla dünyada tanınan "Lanset” tibb jurnalının redaktoru doktor Riçard Xarton çıxış edib. Onun sözlərinə görə, tibb aləmində aparılan araşdırmaların çoxu həqiqətə əsaslanmır və 50%-nin nəticələri saxtadır. 


Bu fakt kifayət qədər həyəcanvericidir. Çünki araşdırmaların əksəriyyəti bir sıra dərmanların və vaksinlərin istehsalına və bir çox digər hallarda insanlara kömək etmək üçün aparılır. 


O əlavə edib ki, jurnal redaktorları yalançı araşdırma nəticələrini dərc etdirərək bu təhlükəli tendensiyanın artmasına səbəb olurlar.  Ən pisi isə odur ki, bəzi hallarda vəziyyət hətta cinayət astanasında olur.


"New England Medical Journal” nəşrinin redaktoru Marsiya Ensel də həmkarıyla həmfikirdir. 


"Hazırda tanınmış tibbi jurnallarda dərc edilən araşdırmanın nəticələrinə etibar etmək olmaz. Mən bu fikrə adı çəkilən tibbi jurnala redaktorluq etdiyim 10 illik təcrübə və çıxardığım nəticələr əsasında  gəlmişəm. Redaktorların əllərində bu faktları təsdiqləyən sənədlər də mövcuddur.  Onların bildirdiklərinə görə, vaksin istehsalçıları, farmasevtik kampaniyalar və bir çox sağlamlıq təşkilatları bunu ictimaiyyətdən gizli saxlayırlar. Bu, birbaşa dələduzluqdur”.

 

Arzu

Medicina.az

 - Özlərindən cinayət etirafı gəldi İllərdir, bizi aldadırmışlar