İlkin Həsəni qızına “Aptamil” aldı, xarab çıxdı - “Pis qoxu gəlirdi”/FOTO

  • 2018.05.14 14:23
  • 24665 Baxış
İlkin Həsəni qızına “Aptamil” aldı, xarab çıxdı -  “Pis qoxu gəlirdi”/FOTO
Tanınmış telejurnalist İlkin Həsəni məşhur uşaq qidası "Aptamil”lə bağlı kifayət qədər narahatedici məlumat yayıb.


Medicina.az xəbər verir ki, İ. Həsəni yeni doğulmuş övladı üçün Hökümət Evinin arxasında yerləşən Mərkəzi aptekdən aldığı Almaniya istehsalı olan "Aptamil” uşaq qidasından kəskin qoxu gəldiyini yazıb. Jurnalistin sözlərinə görə, 60 manata aldığı qidanı aptekə qaytarmaq istəsə də, yiyə durmayıblar:

 

"Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də alınmadı. Qutu bir neçə gün aptekdə qaldıqdan sonra "biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var”. 


İ Həsəni qidanı laboratoriyaya verərək yoxlatdırmaq istədiyini də deyib. 


Məsələ ilə bağlı Medicina.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. Onun sözlərinə görə, idarəyə bu il ərzində uşaq qidaları ilə bağlı heç bir şikayət daxil olmayıb:


"Əgər hansısa şəxsin bununla bağlı narahatlığı varsa yoxlada bilər. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilməlidir. Qurum tərəfindən həmin qida yoxlanılacaq”.

 

Şəhanə Quliyeva

 

İlkin Həsəni qızına “Aptamil” aldı, xarab çıxdı -  “Pis qoxu gəlirdi”/FOTO