İlham Əliyev “Quş qripi” ilə bağlı komissiya yaratdı

  • 2019.02.15 16:36
  • 6207 Baxış
İlham Əliyev “Quş qripi” ilə bağlı komissiya yaratdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Medicina.az xəbər verir ki, sənəddə "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:


"Dövlət Komissiyasının sədri


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Dövlət Komissiyasının üzvləri


Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri


Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri


Azərbaycan Respublikasının maliyyə naziri


Azərbaycan Respublikasının fövqəladə hallar naziri


Azərbaycan Respublikasının səhiyyə naziri


Azərbaycan Respublikasının daxili işlər naziri


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru.”.