BölmələrRU
Xidmətlər
 

İki şəhərdə süd vəzi xərçəngi üzrə sağlamlıq həftələri keçiriləcək

Mingəçevir və Yevlaxda süd vəzi xərçəngi üzrə sağlamlıq həftələri keçiriləcək

Dünyada hər 8 qadından biri süd vəzi xərçəngidən əziyyət çəkir.
 
Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, bu xəstəlik Azərbaycanda yayılma dərəcəsinə görə xərçəng xəstəlikləri arasında ikinci yeri tutur.
 
Qeyd olunub ki, süd vəzisi xərçənginin erkən aşkarlanmasının əsasını ixtisaslı həkim müayinələrindən keçmək təşkil edir. Qadınların belə müayinələrdən keçmə tezliyi yaşa uyğun dəyişkəndir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 -15 oktyabr tarixlərində icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda süd vəzisinin xərçəngi xəstəliyi üzrə sağlamlıq həftələri keçirəcək. 2 həftə ərzində sakinlərə tibbi müayinələr və ixtisaslı həkimlər tərəfindən konsultasiyaların verilməsi nəzərdə tutulub.
 
Mingəçevir şəhərində fəaliyyət göstərən 2 Ailə Sağlamlıq Mərkəzi və Yevlaxda fəaliyyət göstərən 5 Ailə Sağlamlıq Mərkəzi qadınları müayinələrdən keçməyə dəvət edir.