İftarı soyuq su ilə açmayın - Orqanları sıradan çıxarır

  • 2018.05.25 12:07
  • 8577 Baxış
İftarı soyuq su ilə açmayın -  Orqanları sıradan çıxarır
Orucluqda adətən suya tələbat daha çox olur. Müqəddəs ayın isti yay günlərinə təsadüf etdiyini düşünsək əksər insan iftarını soyuq su ilə açırlar.

 

Medicina.az xəbər verir ki, mütəxəssislər soyuq su içməyin sağlamlıq üçün təhlükəli olduğunu bildiriblər. Hər axşam soyuq su ilə iftar açılması və ya iftarda soyuq suyun bol-bol içilməsi soyuq suyun keçdiyi bütün yolların iltihablanmasına səbəb yaradır. Angina, faringit, larinqit kimi iltihabi xəstəliklərə gətirib  çıxarır. Ən əsası isə mədəyə illərlə davam edə biləcək zərbə vura bilər.


 

İftarda zərər verə biləcək digər maye isə qazlı sudur. Qazlı su soyuq sudan da zərəlidir, qazlı su mədə divarını güclü bir şəkildə aşılayır, qazlı su böyrək yumaqcıqlarından süzüləndə onları zədələyir (bu hətta böyrəkləri sıradan çıxara bilər).