İçməli su problemindən gümüş çıxış yolu

  • 2017.06.12 16:52
  • 16894 Baxış
İçməli su problemindən gümüş çıxış yolu
Kənan RÖVŞƏNOĞLUSu həyat mənbəyidir.


Belə banal bir faktı yenidən xatırlatmaqla başladım işə.


Cəmiyyətin inkişaf səviyyəsini göstərən faktorlardan biri təmiz içməli su təminatı dərəcəsidir. Yəni evdəki krantdan axan su nə qədər təmizdirsə, ölkə də o qədər inkişaf edib.


Varlılar tarix boyu daha yaxşı yaşayıblar. Daha az xəstələniblər.


İzah edirəm.


İçməli su daxilində müxtəlif mikroorqanizmlər daşıya bilər. Bunun üçün mərkəzi su dağıtma sistemlərində suyu ciddi şəkildə təmizləyirlər. Azərbaycanda da belə edirlər - əmin olun.


Amma suyu təmizlədikdən sonra borularla camaata verməzdən əvvəl ona xlor vururlar.


Niyə?


Çünki içməli su daşıyan borular hər yerdən keçir. Çox vaxt kanalizasiya boruları ilə yanaşı gedir. Yolda borularda dəlik meydana gəlsə, kanalizasiya suyu ilə içməli su qarışsa, nə olacaq? Camaat qırılacaq axı.


Sumqayıtda bu günlərdə kütləvi zəhərlənmə halları qeydə alınıb. Ağıllı adamlar içməli suya qarışmış mikrobları günahlandırırlar.


Bunun ola bilməsi üçün 2 şərt bir araya gəlməlidir:


1. Borular deşilməlidir


2. Suya vurulan xlor miqdarı yetərsiz olmalıdır.


Su dağıtma şəbəkəsinə boruların deşilməyini bağışlamaq olar da, suya əksik xlor vurulmasını əsla bağışlamaq olmaz.


Varlılar niyə tarix boyu daha uzun və daha sağlam yaşayıblar?


Varlılar mətbəxdə gümüşdən istifadə edirdilər. Gümüş toxunduğu suyu mikroblardan təmizləmə qabiliyyətinə malikdir. O zaman insanlar suda mikrob olacağını bilməsələr də, gümüş qab-qacaq istifadə edən ailələrin epidemiyalardan sağ çıxdığına şahid olmuşdular.


İndi nə edək? Yenidən gümüş qab-qacağamı keçək?