BölmələrRU
Xidmətlər
 

Qəhvə ürək-damar sistemini zədələnmədən qoruyur

Alimlər müəyyən edib ki, müntəzəm olaraq qəhvə qəbulu ürək-damar sisteminin hüceyrələrini zədələnmədən qoruyur.

Medicina.az xəbər verir ki, Henrix Heyne adına Düsseldorf universitetinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Araşdırmalar göstərib ki,qəhvə qəbulu nəticəsində insan orqanizmində ürək-qan damarlarının daxili divarlarını təşkil edən hüceyrələrin funksiyalarını yaxşılaşdıran proseslər işə düşür.

Alimlərin təbirincə, bu effektə insan dörd fincan qəhvə qəbulundan sonra nail ola bilər.