BölmələrRU
Xidmətlər
 

İbn Sinanın universal resepti - Bütün ailə üçün hazırla, sağlam ol

Təbiət insana 200 il yaşamaq şansı verməyib, amma ömrümüzü sağlam yaşamaq üçün zəngin və faydalı bitkilərlə mükafatlandırıb.

Qədim reseptləri araşdıran tarixçilər müəyyən ediblər ki, ən çox rast gəlinən məhsullar sarımsaqla südün qarışığıdır. Bu da təəccüblü deyil, axı məşhur təbib İbn Sina da elə hesab edirdi ki, sarımsaq bir çox xəstəliklərin dərmanıdır. Bunu müasir elmi araşdırmalar da dəfələrlə sübut edib. İbn Sina sarımsaqla südün qarışığını hətta ən güclü cavanlıq iksiri adlandırıb.
 
Medicina.az publika.az-a istinadən immuniteti artıran, həmçinin Hindistanda ölümsüzlük iksiri kimi tanınan resepti təqdim edir:

Kiçik qazana 1 stəkan süd tökürük və onu odun üstünə qoyuruq. Süd qaynamağa başlayanda 2 diş sarımsağı çox xırda halda doğrayıb qazana tökürük. Qazanın qapağını bağlayıb soyuması üçün kənara qoyuruq. 10 dəqiqədən sonra cavanlıq cövhəri hazır olur.

Sarımsaqlı süd cövhərini həftədə bir dəfə və 1 stəkan istifadə etmək məsləhət görülür.