İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

  • 2018.03.23 14:19
  • 21119 Baxış
İbn Sinanın da istifadə etdiyi  KÜNCÜT YAĞININ FAYDALARI
Təbiblər küncüt yağından hələ Misir fironlarının dövründə şəfaverici vasitə kimi istifadə ediblər. Bu yağ Çində, Yaponiyada, Hindistanda xalq təbabətində geniş tətbiq olunub. Müasir dövrdə də küncüt yağı bir çox xəstəliklərin müalicəsi və profilaktikasında effektli təbii vasitə kimi istifadə olunur.


Medicina.az sağlamlıqla bağlı növbəti yazıda küncüt yağının faydalarını təqdim edir.


Maraqlıdır, İbn Sinanın müalicə üsullarında, Tibet loğmanlarının fəaliyyətində, qədim şərq təbabətinin əsrlər boyu sınaqlardan çıxmış cövhərlərinin tərkibində rast gəlinən küncüt yağının sirri nədədir və onun orqanizmə hansı təsirləri var?


1. Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, onkoloji xəstəliklərin müalicəsində və profilaktikasında küncüt yağı effektli vasitədir.


2. Bu yağ orqanizmin immunitetini bərpa edir, xəstəliklərə qarşı müqavimətini artırır.


3. Müasir dövrdə bir çox insanları narahat edən yuxusuzluq problemini aradan qaldırır.


4. Şəkərli diabetlər üçün faydalıdır.


5. Sümükləri möhkəmləndirir.


6. Qəbzliyi aradan qaldırmaq üçün xeyirlidir.


7. Maddələr mübadiləsini tənzimləyir.


8. Ağız boşluğunda, xüsusilə damaqlarda yaranan problemlərdən qurtulmaq üçün ən yaxşı təbii vasitədir. Səhərlər 3 dəqiqə küncüt yağı ilə qarqara etmək müsbət nəticə verir.


9. Dərini cavan saxlayır.


10. Yüksək təzyiqi aşağı salır.


11. Cinsi fəallığı artırır.


12. Görmə qabiliyyətini yaxşılaşdırır.


13. Anemiyada faydalıdır.


14. Mədə və bağırsaqların müalicəsində xeyirlidir.


15. Piylənmənin qarşısını alır.


16. Tənəffüs yollarını təmizləyir.


17. Tərkibində E vitamini və fosfor olduğundan beyin və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir və onları xəstəliklərdən qoruyur.


18. Ödqovucudur.


19. Böyrəklərdə daşların əmələ gəlməsinə mane olur.


20. Baş ağrılarını, yorğunluğu, fiziki və zehni gərginliyi götürür.


21. Orqanizmin ümumi tonusunu qaldırır.


Azyaşlı uşaqlara küncüt yağından sutka ərzində yemək zamanı 3-6 damcı istifadə olunması məsləhət görülür. Böyüklər isə gün ərzində 1-2 qaşıq küncüt yağından istifadə edə bilərlər. Yağı qida qəbulundan yarım saat əvvəl (böyüklər üçün) qəbul etmək tövsiyə edilir. modern.az