Homoseksual 4 ağır xəstə uşağı övladlığa götürdü – Super atanın xeyirxah missiyası

  • 2018.04.18 17:26
  • 14441 Baxış
Homoseksual 4 ağır xəstə uşağı övladlığa götürdü –  Super atanın xeyirxah missiyası
İngilis Ben Karpenter illərdir bir ailəsinin olması istəyi ilə yaşayırdı. Qeuri-ənənəvi oriyentasiyaya mənsub olması səbəbindən öz uşaqları ola bilmədiyindən, o, övladlığa uşaq götürmək qərarına gəlir. 


Medicina. az xəbər verir ki, İlk dəfə uşaq evində əlil arabası və xüsusi aparata qoşulmuş Rubi adlı sarışın qızı görəndə, məhz onu övladlığa götürmək istədiyini anladı. Bu qızdan sonra uşaq saxlamaq, böyütmək Benin o qədər ürəyinə yatır ki, o ailəsini genişləndirmək qərarına gələrək, daha 3 uşaq seçir. Bu dəfə də o sağlam yox, xəstə uşaqları götürür. Hansı ki, bu uşaqlar şikəstlik və xəstəliklərinə görə öz valideynləri tərəfindən atılmışdı.  Həkimlər uşaqların Benin evində yaşadıqları müddətdə xeyli yaxşılaşdıqlarını və səhhətlərində irəliləyiş olduqlarını bildirir. 



Hazırda 4 övladlıq uşağı olan Beni yaşadığı ərazidə Super Ata adlandırırlar. O, hamıya ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicə aldığı mərkəzlərdən övladlıq götürməyi məsləhət görür. 


Ben hesab edir ki, xüsusi uşaqların atası olmaq əsl xoşbəxtlikdir. Hazırda kişiyə uşaqlara qulluqda anası və yaxın rəfiqəsi dəstək olur. 

Ben evlənmək istəmir, o şəxsi həyatını bu uşaqlara həsr edəcəyini bildirir. 


Homoseksual 4 ağır xəstə uşağı övladlığa götürdü –  Super atanın xeyirxah missiyası