BölmələrRU
Xidmətlər
 

Hidrogen peroksid: ən ucuz dərman – Diş, baş, boğaz, ayaq ağrılarında

Hidrogen peroksidlə müalicəyə onlarla film və kitab həsr olunub. Səhiyyə peroksiddən yalnız yara işləmələrində istifadə edir, həkimlər onu demək olar ki, unudub. Biz hydrogen peroksidin daxilə qəbulu barədə danışmaq istəmirik. Bu çox mübahisəli məsələdir. Amma bir çox problemlərdə kompress kimi effekti olduğundan evdə bu məhluldan hansı hallarda istifadə edəcəyinizi izah edəcəyik. 

-Angina, faringit, boğaz ağrılarında Hidroperit tabletini yarım stəkan isti suda həll edib, qarqara edin
-Haymoritdə burun cibləri yuyulur
-İstənilən oynaq ağrısında – sinə, kürək, boyun, bel – salfeti hydrogen peroksiddə isladıb, ağrı nahiyəsinə qoyun.
-Diş ağrısında 2 həb hidroperiti (H2O2) yarım stəkan isti suda həll edib, ağızı qarqara edib, sonra onu tüpürürsüz. 
-Qulaq ağrısında 50 ml suda 1 tableti əridib tampon edirsiz. 
-Parodontoz, gingivit, diş iltihabı, ağızdan pis qoxu gəldikdə 1 çay qaşığı sodaya 1 tablet hidroperit qatıb, üzərinə azca su töküb sıyıq kimi hala gətirilir. Alınmış məcunla səhər axşam diş və damaqlar silinir. 

-Əl ayaq keyiməsində, qan işləmədikdə, soyumasında salfeti isladıb həmin nahiyəni silin. Hissiyat bərpa olacaq. 
-Radikulitdə pambıq parça peroksiddə isladılıb qoyulur, üzərindən isti yaylıq bağlanılır. Beləcə bütün gecə qalır. 2-3 gün təkrar olunur. 
-Qrip və soyuqdəymədə ilk gündə 50 qr 3% li perekisi 50 ml isti su ilə qatıb, bütün bədəni silirsiz( qolların altı, biləklər, boyun, alın, kürək, sinə).