BölmələrRU
Xidmətlər
 

Heyva çəyirdəklərini atmayın: Dəriyə faydalı MASKA

Heyva, çəyirdəyindən yarpağına qədər hər qismindən fayda götürülən bir meyvədir. Olduqca sağlıqlı olan bu meyvənin maskası da dərimiz üçün inanılmaz yaxşı təsir göstərir.
 
Medicina.az ailem.az-a istinadən sizə heyva çəyirdəyi maskasının hazırlanma qaydasını təqdim edir:
 
Ərzaqlar:
 
6 – 7 qram heyva çəyirdəyi
 
1 stəkan yarım su 
 
Hazırlanması:
 
Heyva çəyirdəklərini su ilə birlikdə 15 dəqiqə qaynadın. Daha sonra soyudun. Bu zaman heyva çəyirdəkləri jele halını alacaq.
 
Hazırladığınız jeleni üzünüzə yavaş hərəkətlərlə sürtün və 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Dərini yumşaldaraq nəm səviyyəsini artıran heyva çəyirdəyi maskası dodaqlara sürtüldüyündə nəmləndirici təsir yaradaraq quruluğu və çatlamanın qarşısını alır.