Hər zaman istifadə edilən bu qidalarda xərçəng riski yüksək imiş... - Siyahı

  • 2018.05.28 13:05
  • 20852 Baxış
Hər zaman istifadə edilən bu qidalarda xərçəng riski yüksək imiş... -  Siyahı
Gündəlik istifadə edilən bəzi qidalar xərçəng xəstəliyini yarada bilər.

 

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı araşdırmaçılar məlumat veriblər. Bunun səbəbi isə həmin qidaların tərkibində olan kanserogen maddələrlə əlaqələndirilib.

 

Sözügedən qidaların siyahısını təqdim edirik:


Spirtli içkilər - Çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. 


Emal olunmuş ətSosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.

 

Qaynar çayQaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır.


Yeyilməyəcək hala gələn ləpələr - Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır.