BölmələrRU
Xidmətlər
 

Hər dəfə yeməkdən sonra etdiyiniz 5 zərərli vərdiş – Ailənizi təhlükəyə atırsınız

Sağlam qidalanma təkcə faydalı qidaları seçib yeməkdən ibarət deyil. Çox az insanlar yemək qəbulundan sonra nə etdiyinə heç fikir də vermir.
 
  Bilmirlər ki, yeməkdən sonra mədədə gedən proseslər vacib məqamdır və onun yaxşı getməsi üçün  işinə qarışmamaq lazımdır. Biz isə uşaqlıqdan yaranmış düzgün hesab etdiyimiz, əslində isə zərərli vərdişlərimizlə hər yeməkdən sonra orqanizmimizi təhlükə altına qoyuruq. 

Medicina.az yeməkdən sonra uzaq durmalı olduğunuz vərdiş və qidaları təqdim edir.
 

1.Yeməkdən sonra meyvə yemək

Az qala ənənə halını alan bu meyvə yemək mərasimi dünyanın ən səhv qaydalarından biridir. Kim yeməkdən sonra meyvənin faydalı olduğunu bildirib məlum deyil, amma kökündən yanlışdır.
 
Təsəvvür edin, mədə qızarmış kartof, ət, makaron həzm etməklə məşğuldur, ona uyğun şirəsini ifraz edib, üstündən mədə şirəsini artıran meyvə gəlir. Meyvələr gec həzm olur, mədə turşuluğunu pozur. Nəticədə gəyirmə, köp, yanma və həzm pozğunluğu yaranır. 

Yaxşı olar ki, meyvələr səhər yeyilsin. Onlar qida sisteminə tonus verib, günorta yeməyi üçün daha çox şirə sekresiya olunmasına səbəb olacaq. 
Gecə yatmazdan əvvəl də meyvə yemək olmaz , bu mədə üçün ağır yükdür.

2.Çay içmək 

Yeməkdən sonra dərhal çay süfrəsi açmaq da süfrə etiketindədir. Çay tərkibinə görə dəmiri blok edir və onun mənimsənilməsinə mane olur. Yeməkdən sonra çay içmək ailə üzvlərini qanda dəmir çatışmazlığına düçar edir. Hemoqlobini az olanlar bu vərdişi də tərgitsin. 

Çay yeməkdən ən azı 1 saat sonra içilməlidir. Yaxşı olar gün ərzində qida qəbulu arasındakı müddətdə içilsin. 

3.Şirin desert yemək

Desert bayram süfrələrinin də vazkeçilməzidir. Həkimlər yeməkdən sonra desetrə şirin qidalar qəbulunun zərərli olduğunu bildirir. Bu, artıq çəki, piylənməyə səbəb olur, hormonal disbalans yaradır. Xüsusən uşaqlara bu vərdişi aşılamayın. Yemək yedikdən sonra üzərindən pirojna ilə çay, tort mədə üçün ölümə bərabərdir. 

4.Yeməkdən sonra hamama getmək

Ağır yeməklərdən sonra vanna və duş qəbul edəndə qan dövranı aşağı ətraflarda güclənir, mədə və mədəaltı vəzidə bir az zəifləyir. Qidanın tez və düzgün həzmi üçün qan dövranı vacibdir. Çimməklə biz bu qanunauyğunluğu pozuruq. Ona görə tox qarına çimmək olmaz məsəlinə riayət edin. Yoxsa mədə və qarın ağrısı hiss edəcəksiz.

5.  Yeməkdən sonra piyada gəzmək

Guya gəzməklə həzmə yaxşı kömək edirik fikri formalaşıb. Alimlər sübut edib ki, yeməkdən sonra aktiv hərəkətlər mədə üçün düzgün deyil, orda olan şirə üzü yuxarı sıçraya bilir. Yeməkdən sonra yaxşı olar ki, yarım saat sakit oturub, fikrinizi başqa bir şeyə cəmləyəsiz.
 
Yeməkdən sonra gəzmək insanı arıqlatmır. Əksinə yediyinizin faydasını da məhv edir və bu adamlar turşu reflüksü ilə üzləşir.