Hepatit ola biləcəyinizi göstərən 5 əlamət - Əgər üçü sizdə varsa, təcili həkimə

  • 2018.07.10 15:22
  • 26131 Baxış
Hepatit ola biləcəyinizi göstərən 5 əlamət -  Əgər üçü sizdə varsa, təcili həkimə
Hepatit sakit,  mehriban qatil kimi tanınır. Uzun müddət ciddi əlamətlər, şikayətlər vermir. Amma heç olmasa başlanğıcda hepatiti yaxalaya bilsəz, diaqnoz qoyulsa, vəziyyət dərinləşmədən və digər orqanlar zərər görmədən müalicə olunmaq mümkündür.


Medicina.az hətta hər insanın özünü də hepatit olub –olmamağını bəlli edəcək 5 əsas simptomu təqdim edir:


1.Qızdırma, titrətmə


Orqanizm virusla mübarizə apardıqda, hərarət qalxır, titrətmə, üşümə olur, xüsusən gecələr tərləmə artır. Hərarəti ölçdükdə elə də yüksək rəqəm göstərməyə bilər.


2.Dəridə güclü qaşınma


Dəri səthində heç bir zədə, səpki və s. zahiri problem olmadan dayanmaq bilməyəb qaşınma. Səbəbi qaraciyər bilirubin mübadiləsini saxlayır, bilirubin artır. Bu da dəriyə qaşıntı verir.


3. Sidik və nəcisin rəngi


Hepatitdə sidik tündləşir, tünd qəhvəyi, tünd bulanıq rəng alır. Nəcis isə əksinə açıq rəng olur, hətta ağarır.

 



4.Dərinin və gözlərin dibinin saralması


Dəri saralır, əllərin içi sarı olur, göz bəbəyi saralır. İlkin mərhələdə bu sarılıq çox cüzi olur, amma peşəkar həkim gözü ilə bu fərqi görəcək.


5. Aclıq və dadbilmə  hissinin itməsi


Hepatitli insanın nəinki iştahı küsür, həmçinin bəzi baza dadlarını hiss etmir: şirin, acı, turş. Yedikləri ona dadsız gəlir. Saatlarla acımır.



Hepatit ola biləcəyinizi göstərən 5 əlamət -  Əgər üçü sizdə varsa, təcili həkimə