BölmələrRU
Xidmətlər
 

Həkimlərin yaratdığı MİF - Detoks işə yarayır?

Müasir zamanda dietoloqlar arıqlamaq və orqanizmin təmizlənməsi məqsədi ilə bir sıra qarışımlar, çaylar məsləhət görürlər. 

Demək olar ki, detoks çayları içmək bir çox qadının həyat tərzinə çevrilib. İnsanlar arıqlamaq məqsədilə tərkibini araşdırmadan müxtəlif qarışıqlar dəmləyir və qəbul edirlər. 

Bəs görəsən detoks çayları həqiqətən də işə yarayırmı?

Medicina.az detoks çayları haqda bir sıra məlumatları bölüşür:

Dünya sənayesinin arıqlamaq üçün ən yaxşı vasitə kimi təbliğ etdiyi və milyonlarla insanın inanaraq istifadə etdikləri detoks çayları əslində heç bir işə yaramır. Ümumilikdə götürsək bir qayda olaraq çaylar toksinləri orqanizmdən çıxarmaqla yanaşı həmçinin çəki atmağa da kömək edir. Otlardan hazırlanan qarışımların tərkibində sidikqovucu, bağırsaq yumşaldıcı, həmçinin iştah azaldıcı xüsusiyyətə malik maddələr olur. Mütəxəssislərin fikrincə bir çox detoks içkilərinin tərkibində yüksək kofein maddəsi var. Həmin maddə sidikqovucu təsirə malikdir. Amma bir acı həqiqət də var ki, effekt əldə olunursa da bu müvəqqətidir. Səbəbi isə odur ki, əslində bu çaylar bədəndən suyun, tullantıların atılmasına, və ya qidanın natamam həzm olunaraq tam mənimsənilməməsinə şərait yaradır. Başqa sözlə desək, bu çaylar piylərin yandırılmasında heç bir rol oynamır. Hətta bəzi bitki çaylarını davamlı olaraq qəbul etdikdə, mədə-bağırsaq sistemində bir sıra ciddi problemlərə yol aça bilər. 

Həkimlərin söylədiklərinə görə, detoks çaylarının orqanizmdən zərərli maddələri çıxarması isə sadəcə bir nağıldır. Çünki toksinləri kənarlaşdırmaq üçün orqanizmin özünün təbbi qoruyucu sistemi – qaraciyər və böyrəklər mövcuddur. Onlar 7/24 pulsuz olaraq orqanizm üçün çalışır. 

Detoks çaylar orqanizmə zərər vura bilərmi? 

Bəzi bitkilər var ki, onların tərkibi araşdırılmadan mütəmadi olaraq dəmlənərək içildikdə zərərli ola bilər. Bu bitkilərdən biri də arıqlamaqda çox istifadə edilən səna bitkisidir. 

Detoks çayların orqanizmdə yaratdığı fəsadlar

Diareya
Mədə ağrıları
Mədə yanğısı
Susuzlaşma
Konsentrasiya pozğunluğu 

Bundan əlavə siz əgər yemək yemir, ancaq detoks çayı içirsinizsə bu zaman bir çox xəstəliklərə yoluxma riskiniz daha da yüksələcəkdir. Səbəbi isə immunitetinizin kəskin şəkildə azalması olacaq.