Həkimlərin tələsinə düşməməyin 3 YOLU

  • 2018.12.05 10:02
  • 8307 Baxış
Həkimlərin tələsinə düşməməyin  3 YOLU
Həkimliyin əsasa prinsipi "zərər vermə”dir. Çox təəssüflər olsun ki, reallıq çox vaxt bu prinsiplə çarpazlaşır. Klinikalar pasiyentlərdən qazanmağa çalışır, lazımsız analizlər və müayinələr təyin edir, həkimlər diaqnozu səhv qoyurlar. Çox təəssüflər olsun ki, bir çox həkimlər və kilinikalar var ki, peşəsindən sui-istifadə edərək xəstəlirin son ümidlərini gözardı edərək öz mənfətləri üçün bir sıra yollara əl atırlar. 


Medicina.az bu dəfə həkimlərin tələsinə düşməməyin yollarını göstərir: 


Məsləhət N1: Sizin şikayətlərinizi axıra kimi dinləyən həkim tapın


Çoxları elə düşünür ki, təcrübəli həkim insana 5 dəqiqə ərzində diaqnoz qoya bilər. Lakin standart qəbul vaxtı 15-20 dəqiqədir və heç bir həkim bu müddətdə kifayət qədər anamnez toplaya bilməz. Lakin dəqiqliklə keçirilmiş sual-cavab və şikayətlər diqnozun yarısı deməkdir. Buna görə də,  əgər siz görsəniz ki, həkim sizə qulaq asmır və resept yazmağa başlayırsa o zaman ordan uzaqlaşmağınız məsləhətdir. 


Məsləhət N2: "mövcud olmayan” diaqnoza inanmayın


Bu diqnozları həkim həkimlər ya siz insan sağlam olduqda ya da həqiqi diaqnozu qoymağa çətinlik çəkdikdə qoyurlar. 


Bu diaqnozlara aşağıdakıları misal çəkmək olar: 


• Periferik damar distoniyası -  çox vaxt bu xəstəliyin səbəbi psixi problemlər olur. 


• Osteoxondroz. Bu diaqnoz kürəklə bağlı problemlər zamanı qoyulur. Amma əslində ağrının səbəbini tapmaq lazımdır. 


• Disbakterioz. Bu xəstəlik deyil, onun əlamətidir. Səbəbi isə bağırsaq qıcıqlanmasından tutmuş xərçəngə qədər bir çox xəstəliklər ola bilər. 


• Uşaqlıq boynunun eroziyası. Bu xəstəlik deyil və onu müalicə etməyə ehtiyac yoxdur. Amma bəzi həkimlər bu əlamət zamanı kolonoskopiya və biopsiya təyin edirlər. 


Məsləhət N4: Əgər həkim sizə cərrahi əməliyyat təyin edirsə, bu zaman bir neçə başqa həkimə də müraciət edin. əsasən də əgər sizdə MRT və ya rentgen müayinəsi zamanı təsadüfən hansısa problem aşkarlanarsa o zaman, əməliyyata getməyiniz məsləhət deyil. 


Təxirsalınmaz müdaxilə yalnız narahatlıq, ağrı və ya bədxassəli şiş aşkarlandıqda təyin  olunur. 

 


Arzu

Medicina.az