Həkimlər xəstəyə şok yaşatdılar: Biri ayağını kəsdi, digəri tikdi – VİDEO

İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsiblər. Sol ayağının əsas hissəsini itirən oğlanın təkidi ilə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. Səkkiz saatdan sonra o, ikinci əməliyyata girib.
Medicina.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsi ilə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 santimetrə yaxın qısalma yaranıb.
Artıq evə buraxılan xəstə, bir il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalı idi. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası hətta səkkiz saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.
Digər xəbərlər
-
3 yaşlı balaca qaraciyər əməliyyatına gedərkən – “Cigərimi götürəcəklər”-VİDEODaha ətraflı »
-
“İnsanlar özləri-özlərini xəstələndirir - Təşvişə səbəb yoxdur” - Baş epidemioloq /VİDEODaha ətraflı »
-
Azərbaycanda kök hüceyrə müalicəsi – Yeriyə bilməyən xəstə necə müalicə olundu? - VİDEODaha ətraflı »
-
" Toppuş bacı" 50 kq arıqlayıb, tanınmaz hala düşdü – Aktrisa səhhəti barədə şayiələrə aydınlıq gətirdi - VİDEODaha ətraflı »
-
Burada bütün baş, bel, sinir, damar ağrılarına çarə tapılır - Bakıda ilk Ağrı Mərkəzi - VİDEODaha ətraflı »
-
Apteklərdə satılan ucuz vasitələrlə bədənə qulluq - Məşhur blogerdən VİDEODaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.