Həkim xəstədən rüşvət istədi, otaqdan qovdu - VİDEO

  • 2017.08.05 11:28
  • 21015 Baxış
Həkim xəstədən rüşvət istədi, otaqdan qovdu -  VİDEO
Bakının Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasında həkimin xəstədən qeyri-qanuni pul tələb etdiyini əks etdirən videogörüntülər yayılıb.


Bakutibb xəbər verir ki, analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə qəbz istəyib. Əvəzində isə "çek verilmir” cavabını alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.


Həmin görüntüləri təqdim edirik: