Həkim televizorda gördüyü qadına xərçəng diaqnozu qoydu– İtigözlü həkimin möcüzəsi

  • 2018.06.09 17:33
  • 9933 Baxış
Həkim televizorda  gördüyü qadına xərçəng diaqnozu qoydu–  İtigözlü həkimin möcüzəsi

Həkimin güclü müşahidə qabiliyyəti və professionallığı istənilən şəraitdə düzgün diaqnoz qoymağa və xəstəlikdən şübhələnməyə kömək edir.


Medicina.az xəbər verir ki, Nyu-Yorkda cərrah-otorinolarinqoloq Erix Voyt televizorda teleşouya baxarkən, orda iştirak edən qadının boğazında assimmetriya və yeni törəmənin olduğunu sezir. O, xərçəngdən şübhələnərək, qadının təcili müayinə olunmasına ehtiyac olduğunu görür. 


Həkim həmin qadını necə xəbərdar edəcəyini bilmir, ona görə televizoya əməkdaşlarına müraciət edərək kömək istəyir. 

Nəhayət, sosial şəbəkədə qadının şəklini qoyaraq, onunla əlaqə yaratmasını xahiş edir. 32 yaşlı Nikol Makqines Karoline ştatından idi. 


Məlum oldu ki, bir neçə il öncə qadın beyin xərçəngindən əməliyyat olunub, amma həkimlər qalxanvari vəzidən şübhələnməyiblər. Müayinədən keçən qadında qalxanvari vəzinin şişi diaqnozu qoyulur. 


Pasiyent müsahibəsində bunu möcüzə adlandırıb: " Mən pz minnətdarlığımı ifadə etməyə söz tapmıram. Bu, möcüzə idi ki, o televiziyadan mənə diaqnoz qoya bildi”.


Həkim və pasiyenti " Sabahın xeyir, Amerika” proqramında görüşdürüblər.