Həkim: İsa Qəm bər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə idi

  • 2018.01.15 13:53
  • 14589 Baxış
Həkim:  İsa Qəm bər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə idi
Xəbər verdiyimiz kimi, ötən gün Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


Medicina.az xəbər verir ki, Mərkəzi Kliniki Xəstəxanın  kardioloqu Firdovsi İbrahimov oxu.az-a açıqlamasında bildirib ki, İsa Qəmbər xəstəxanaya infarkt diaqnozu ilə gətirilib.


O qeyd edib ki, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə olub.


"Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti normallaşdı. Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.