Həftədə bir dəfə qoz-fındıq yeyin - Bu xəstəlik riskini azaldır

  • 2018.04.18 10:45
  • 16859 Baxış
Həftədə bir dəfə qoz-fındıq yeyin -  Bu xəstəlik riskini azaldır
Həftədə bir dəfə qoz-fındıq yemək ürək-damar sistemi xəstəlikləri riskini azaldır. 

 

Medicina.az xəbər verir ki, İsveç alimləri araşdırmalar zamanı bu qənaətə gəliblər. Təcrübələr yaşı 45-83 arası dəyişən 61 min isveç üzərində aparılıb.. Onların ürək-damar sistemləri 17 il ərzində müşahidə edilib.


 

Araşdırmanın nəticələrinə görə, fındıq-qoz yemək ürək sancısı riskini, ürək çatışmazlığı vəs. riskləri azaldır. Ay ərzində 1-3 dəfə qoz-fındıq yemək aritmiya riskini 3%, həftədə 1-2 dəfə qəbul etmək 12%, həftədə 3 dəfədən çox yemək isə 18% azaldır.