Hazır qidalarla xərçəng arasında əlaqə tapıldı – UZAQ DURUN

  • 2018.02.17 17:20
  • 14298 Baxış
Hazır qidalarla xərçəng arasında əlaqə tapıldı –  UZAQ DURUN

  İnkişaf etmiş müasir ölkələrdə daha çox şiş xəstəliklərinin yayılması həm də bu ölkələrin əhalisinin hazır və yarıhazır yeməklərdən çox istifadə etdiyi ilə əlaqələndirilir. 


  Medicina.az xəbər verir ki,  Fransa və Braziliyanın bir qrup alimi ultra-texnoloji işlənmiş qida ilə xərçəng riskini araşdırıblar. 

Hazırda qida sənayesinin istehsal edib super-marketlərə doldurduğu hazır və yarımfabrikat yeməklər – peçenye, sneki, batonlar, şirniyyatlar, sosislər, paketlərdə şorbalar, spagettilər, hazır pürelər, pendir, səhər yeməkləri, konserdləşdirilmiş yeməklər əvvəllər yüksək dərəcədə hipertoniya, piylənmə və şəkər yarada bildiyinə görə araşdırılsa da, hazırda onların xərçəng ilə bağlılığı aktualdır.    


  Təcrübənin müəllifləri  Fransanın 105 min sakininin onlayn-sorğu materiallarını analiz edib. Orta yaşı 43-ə kimi olan bu insanlar həftədə 2 dəfə 3300 qida məhsulunun qəbulu ilə bağlı aparılan onlayn-sorğuda iştirak etmişdilər. Sorğunun əvvəlində onların hamısının sağlamlıq vəziyyətləri qeydə alınmışdı. 5 il ərzində bu iştirakçıların səhhəti izlənmiş və bazaya məlumatlar daxil edilmişdi. 5 il ərzində onlardan 2228 nəfəri xərçəngə tutulur. 

   Mütəxəssislər belə nəticəyə gəlib ki, ultra işlənmiş qidalar bütün tip onkoloji xəstəlikləri aktivləşdirə bilər, xüsusilə süd vəzi xərçəngi. Xərçəngə yoluxmuş bu 2228 nəfərin 87%-nin həftəlik qidasında texniki işlənmiş hazır məhsullar çox idi. 


  Müəlliflər bu qidalardakı hansı maddənin kanserogen təsir etdiyini dəqiq bilmədiklərini və bunu da araşdırmağa ehtiyac olduğunu qeyd etmişlər.