Haymoritin antibiotik və hormonal dərmansız müalicəsi - LOR həkim sirri açıqladı

  • 2018.02.02 17:32
  • 75041 Baxış
Haymoritin antibiotik və hormonal dərmansız müalicəsi -  LOR həkim sirri açıqladı

Haymorit, allergik rinitlərin hormonal preparatsız bioloji müalicəsi


Qış aylarında kəskinləşən burun, boğaz, qulaq, daha çox faringit, rinit, haymor ciblərinin iltihabı xəstəlikləri insanları gecə-gündüz dərman və spreylərdən müalicə etməyə vadar edir. Məlumdur ki, çox zaman haymorit və allergik rinitin müalicəsində antibiotik və hormonal tərkibli dərmanlardan istifadə olunur ki, effekt əldə olunsun. Lakin haymoritin bioloji üsulla müalicəsi də var. 


Pasiyentlərini illərdir, bioloji metodla müalicə edən lor həkim Cəmilə İbrahimova Medicina.az-a açıqlamasında bunun faydalarından danışıb:


"Alın – sinus və haymor ciblərinin iltihabı güclü baş ağrıları verir, burun tənəffüsü pozulur. 

34 ildir, həkimlik fəaliyətimdə allergik rinit və haymoritləri yalnız hemeopatiya ilə müalicə edirəm və çox gözəl nəticələr əldə edirik. Biz qətiyyən hormonal preparatdan istifadə etmirik. Antibiotik lazım gəldikdə isə bizim hemeopatik antibiotikimiz var ki, yüksək səviyyədə təsir edir. Bu, haymor ciblərini təmizləyir, burun yolunu açır. 


"İllərlə haymoritdən əziyyət çəkirəm, müalicə effekt vermir” fikri düzgün deyil. Yəqin o pasiyent müalicəsini düzgün və sonuna kimi etməyib. Bizim insanlar öz səhhətlərinə başdansovdu yanaşır, bir az ağrı azalan kimi, burun yolları açılan kimi müalicəni saxlayırlar. Haymoritdən birdəfəlik müalicə almaq üçün yerli və dərman müalicəsi lazımdır, dərindən təmizlənməlidir.  3-cü mərhələdə isə mütləq fizioterapevtik prosedurlar təyin edirəm. O zaman uzun müddətli effekt əldə olunur.

Əslində haymoritdən heç kim sığortalanmayıb. Ağır bir virus infeksiyası keçirənlərdə, burun çəpərində əyrilik olanlarda burun yollarının ödemi olan kimi haymorit yaranır. 


İstər uşaqlar, istər böyüklərdə Almaniyanın hemeopatik preparatlardan istifadə edirik. Yuxarı tənəffüs yolları limfatik orqanlar olduğu üçün biz limfatik drenaj edirik və xəstənin vəziyyəti yaxşılaşır. Sinusların hamısının burun boşluğuna təbii çıxacaqları var. Onları açan kimi xəstənin vəziyyəti yaxşılaşır, ciblərdəki axıntı, iltihab sovrulur. 

Uşaqlarda adenoidlər, xroniki tonzillit, otitlər çox yayılıb. Mən nadir hallarda adenomaların kəsilməsinə göstəriş verirəm. Adenoma əslində lazımlı orqandır və müalicəsi də var. Yalnız çox böyük adenoidlərdə kəskin durumlarda əməliyyatla götürülür”

 

 




Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

 


Haymoritin antibiotik və hormonal dərmansız müalicəsi -  LOR həkim sirri açıqladı