Hansı qidalar ishal yaradır?

  • 2018.04.11 11:49
  • 22293 Baxış
Hansı qidalar ishal yaradır?
Bəzi qidalar həddindən çox istifadə edildiyi zaman  ishala səbəb ola bilər. Ancaq belə qidalar qəbizlik zamanı istifadə edilərsə adətən mənfi təsir göstərməz. 


Medicina.az həmin qidaları təqdim edir:


Acı bibər – Mütəmadi istifadə zamanı ishala səbəb olur.


Gilas – Bol vitaminlərlə zəngindir. Minerallarla da bol olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.


Qatıq – ishalın qarşısını alan süd məhsulu hazır şəkildə marketlərdə satılır. Marketlərdə satılan belə hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.


Cipsi – səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan cipslərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərər.


Spirtli içkilər – vücuda daxil olan suya maneə yaradan spirtli içki maddələr mübadiləsini zəiflədərək həzm sisteminin çökməsinə və ishala səbəb olur.


Kafein – Yuxusuzluq, psixoloji narahatçılıqlar yaradır. Bununla yanaşı ishala da səbəb olur. Qəhvə orqanizmdəki maye tərəzisini poza bilər. Bu səbəbdən mütəmadi istifadə tövsiyə edilmir.