Hansı bel ağrıları daha təhlükəlidir?

  • 2018.07.10 14:34
  • 13349 Baxış
Hansı bel ağrıları daha təhlükəlidir?
İnsanlar ən çox bel, kürək ağrılarına fikir vermir, ciddi yanaşmır və həkimə getmirlər. Bu səbəbdən Amerikanın Sümük-əzələ xəstəlikləri İnstitutu bel ağrılarının hansı hallarda daha təhlükəli ola biləcəyini açıqlayıb. 


Medicina.az həmin siyahını təqdim edir:


-18 yaşına kimi uşaq  və yeniyetmələrin 3 gündən çox davam edən bel ağrısı


-Gecəyarı insanı yuxudan oyanmağa məcbur edən ağrılar


-Eyni tipli gedib-gələn ağrı


-Çəki azalması ilə müşayiət olunan ağrı


-Hərarətin yüksəlməsi ilə yanaşı bel, kürək ağrısı


-Bel ağrısı ilə yanaşı qarında olan ağrılar


-Bel ağrısı ilə yanaşı sidiyə getmədə çətinlik, azalma


-Bel ağrısı ilə yanaşı əllərin uyuşması, iynə batırılması kimi hissiyyat və baş gicəllənmə olarsa


-2 həftədən artıq davam edən, ağrıkəsici və mazlarla azalmayan ağrılar.


Sizdə də bu simptomlar varsa, dərhal həkimə müraciət etməlisiniz.


Aygün

Medicina.az