BölmələrRU
Xidmətlər
 

Hamiləlikdən öncə və doğuşdan sonra çanaq və büzdüm sümüyü yerinə salmaq lazımdır –GİNEKOLOJİ OSTEOPATİYA


Osteopatiya yalnız osteopatın əlləri ilə xüsusi hərəkətlər və əzələ, oynaq, sümüklər üzərində işləməsi ilə müalicə metodudur. Osteopatiya hamiləlik, doğuşdan sonra qadınlarda yaranan çox problemləri aradan qaldırır.

Bioloji Təbabət klinikasının osteopat həkimi Ülviyyə Süleymanova Medicina.az-a osteopatiyanın qadınlarda hansı ginekoloji effektlər verdiyini açıqladı:

" Osteopatiya həm hamiləlikdən öncə, həm təbii doğuş və keysəriyyə əməluyyatından sonra qadınlara çox kömək edən müayinə və müalicə metodlarını təqdim edir. 

Doğuşdan sonra spaykalar, büzdümdə əyilmə, çanaqda əyilmələr, büzdüm zədələnmələri, dartılmaları götürmək olur. Doğuş prosesi zamanı büzdümün əyilməsi qadınlarda depressiyaya, əsəb pozulmasına gətirib çıxara bilir. Belə deyilir ki, doğuşdan sonrakı depressiyaların 70%-i elə büzdüm zədələnməsi ilə əlaqəlidir. Büzdümün zədələnməsi sərt qişanı qıcıqlandırır, bu da beyinə ötürülür.

Sonsuzluq müalicələrində aşağı çanaq orqanlarında qan dövranı pozğunluğunu bərpa etməklə bir çox problemlər aradan qalxır.
Qadınlarda doğuşdan sonra və yaşla əlaqədar uşaqlığın aşağın enməsi, boşalması da osteopatiya ilə çanaqdibi işlənməklə aradan qaldırılır, yanaşı əzələ möhkəmləndirici hərəkətlər də olunur. 

Eləcə də son zamanlar çox qadınlarda görünən vaginizm sindromunda osteopatiya kömək edir, bu zaman əzələlərin boşalmasını, yumşalmasını təmin edirik. 
 


Osteopatiya intim əzələləri də möhkəmləndirir. 

Hamiləlikdən öncə qadın osteopat seansından keçib çanaqda olan problemləri həll etsin ki, hamiləlik və doğuş rahat keçsin. 
Hamilə qadınlarda 3-cü aydan sonra beldə, çanaqda ağrılar varsa, müraciət edə bilərlər. Dərmansız, idmansız, osteopatiya ilə ağrılar aradan qaldırılır”
 

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;

Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;