BölmələrRU
Xidmətlər
 

Hamiləlikdə qarında yaranan çatlar qorxuludur? - Nə zaman müalicə etməli

Hamiləlik zamanı vücudda çəhrayı xətlər, çatlar yarana bilər. Bunlar hər qadında müxtəlif formada olur. Bu tamamilə orqanizmdən asılıdır.
 
Medicina.az xəbər verir ki, türkiyəli ginekoloq Deniz Gökalp Kaya bu  barədə danışıb. O bildirib ki, hamiləlik zamanı bəzi qadınların qarnında daha çox gərginlik və qaşıntı olur. Ginekoloqun sözlərinə görə, əslində tibbi cəhətdən qorxulu bir şey yoxdur. Həkim qarında yaranan çatların səbəblərindən də danışıb:

"Qısa zamanda çəki almaq qarın çatlarını yaradır. Hamiləlik çatları vücudun daha sürətlə böyüməsi nəticəsində dərinin bu böyüməyə verdiyi reaksiya nəticəsində meydana çıxır. 9 ay ərzində kilo nəzarətdə saxlanılmalıdır. Çatların yaranmaması üçün az-az çəki artırmaq lazımdır”.

Ginekoloq hamilə qadınların 90 faizində 6-7-ci aylarından başlayaraq qarın çatlarınının yarandığını bildirib.

"Əgər ananın hamiləlik zamanı qarnında çatlar çox olubsa, övladında da yaranma riski yüksəkdir. Ümumiyyətlə yaranmasın deyə bir krem yoxdur, ancaq müəyyən yollarla qarşısını almaq mümkündür”, - deyə Kaya açıqlayıb.

Həkimin tövsiyə etdiyi həmin üsulları təqdim edirik:

Dəriyə hər zaman nəmləndirici krem çəkilməlidir. Quru qalarsa çatlar daha tez yarana bilər.
Maye qəbulu çox olmalıdır. Xüsusilə də hamiləliyin ikinci 3 aylığında.

Bəs yaranan qarın çatlarının müalicəsi varmı?

Ginekoloqun sözlərinə görə, əksər zaman uşaq doğulduqdan sonra çatların bir qismi yavaş-yavaş solaraq gedir:

"Bəzən isə tünd rəngli izlər qala bilər. Müalicə etməyin ən ideal yolu çatların qırmızı rəngdə olduqları zamandır. Tərkibində hyaluronik asid olan kremlərin 12 həftədən sonra istifadəsi faydalı olacaqdır. 

Dermatoloqlar da bu ləkələrin getməsi üçün bəzi kremlər məsləhət görə bilər. Gərək duyularsa ləkələrin aparılması üçün lazerdən istifadə etmək olar”.
 
Şəhanə Quliyeva