Hamiləlikdə parasetamol və ibuprofen qəbulu gələcək uşağı sonsuz edə bilər – Şok açıqlama

  • 2018.04.21 17:29
  • 23286 Baxış
Hamiləlikdə parasetamol və ibuprofen qəbulu gələcək uşağı sonsuz edə bilər –  Şok açıqlama
Yeni tibbi elmi iş sübut edib ki, bu iki hərarətsalıcı və ağrıkəsicinin məhz hamiləlik zamanı qəbulu həmin qadının gələcək nəslinin  fertilliyini azaldır, sonsuzluq riskini artırır. 


Yeni araşdırmanın nəticəsinə görə, ibuprofen gələck qız uşaqlarının sonsuzluğuna gətirib çıxara bilər. 


Yedinburq universitetinin alimləri araşdırmalarında bu dərmanların ana bətnində olan dölün yumurtalıq və yumurtalarına mənfi təsirini üzə çıxarıblar. Belə ki, parasetamol qəbulundan sonra oğlan uşağı dölündə spermadazoidlərin sayı 40% azalmışdır. Qız uşaqlarında olan isə yumurtaların sayını 4 dəfə azaldın. 


" Biz hamilə qadın ağrıkəsici qəbul etməzdən düşünməli, dərmanlara diqqətlə yanaşmalı, həkimsiz ağrıkısəci almamalıdır. Gələcək övladınızın gələcəyini təhlükə altına atmayın”. Qız uşaqları üçün bu təhlükə xüsusilə ciddidir. Çünki qızların bütün rezerv yumurtaları ana bətnində qoyulur. Onların sayının azalması həmin qızları erkəmn menopauza ilə üz-üzə qoyur. Parasetamol və ibuprofen hüceyrələrin DNK strukturunda dəyişiklik yaradır. Həmçinin hamilə qadının ağrıkəsici içməsi onda cinsi hüceyrələrin azalmasına, frigidliyin artmasına səbəb olur. Hətta cəmi 3 dəfə ibuprofen qəbulu kifayətdir ki, döldə geri qayıtmaz dəyişikliklər yaratsın. 

 


Artıq Böyük Britaniyanın Milli Səhiyyə Xidməti hamilələrə ilk iki trimestrdə ibuprofen təyinatını qadağan edib.