– Alimlərin inanılmaz araşdırmasıHamiləlik yoluxucudur!

  • 2018.11.10 10:47
  • 18293 Baxış
 – Alimlərin inanılmaz araşdırması Hamiləlik yoluxucudur!
Amerika Sosioloji Dərnəyi elm adamlarının diqqətini çəkən yeni araşdırmalarını təqdim edib. 

 

Bu araşdırma hamiləliyin yoluxucu olması ehtimalı ilə bağlıdır.

 

Medicina.az sizə həmin araşdırmanın nəticələrini təqdim edir:

 

Statistikaya görə, 2010-cu il ABŞ-da hamiləlik sayının ən yüksək olduğu il olaraq tarixə düşüb - təxminən 6.2 milyon. Hamiləliyin artma səbəbi kimi isə bir sıra ehtimallar irəli sürülüb. Elm adamlarının bu haqda əldə etdikləri bilgilər, hamiləliyin səbəbinin yoluxucu olması haqda bir çox fikirlər formalaşdırıb. Məhz bu fakt, Amerika Sosioloji Dərnəyi tərəfindən eksperimentin keçirilməsinə təkan verib. Alimlər, 10 il müddətə aparılan (1990-cu illərdən 2000-ci illərə qədər) araşdırma əsnasında, 1720 qadının analiz nəticələrini müqayisə edərək onlar arasında çox maraqlı bir əlaqə aşkarlayıblar.

 

Похожее изображение 


Qadınların yarısından çoxunun eksperimentin sonunda bir uşağa sahib olduqları məlum olub. Danışıqlar zamanı qadınlar, eksperimentdə iştirak edən digər qadınlarla dostluq əlaqələrindən söz salıblar ki, bu da hamiləlikdə yoluxuculuq ehtimalının ən bariz nümunəsidir. Yəni hamilə bir qadının yaşadığı xoşbəxtliyindən təsirlənən yaxınlarının da özündən asılı olmayaraq şüuraltı doğmaq niyyəti yaranır. Bundan əlavə bir qadının dünyaya uşaq gətirmək niyyətinin istiqamətini dəyişdirə biləcək başqa bir amil də var. Məsələn: rəfiqəsinin analığa doğru bir addım atdığını görən qadın, ana olmaq üçün gecikdiyini düşünərək, bu vəziyyəti ortadan qaldırmağa çalışır. Təəccüblü bir şəkildə rəfiqəlik əlaqələri bir qadının sahib olduğu uşaq sayına da təsir edə bilər. Əgər, bir qadının rəfiqəsi bir neçə uşağa baxa bilirsə, o qadın "mən də baxa bilərəm” hissinə qapıla və daha çox övlad sahibi olmaq istəyə bilər. Bir başqa maraqlı həqiqət isə, bu yoluxma ünsürünün bacılar arasında mövcud olmamasıdır. Bununla da araşdırmaçılar, müasir zamanda rəfiqələrin bacılardan daha çox dəyərli olduğu məsələsini təsdiqləyib.

 

Arzu

Medicin.az